Sağlamlıq
Bu şəxslərə oruc tutmaq olmaz - Həkimdən xəbərdarlıq
Ramazan ayının başlamasına sayılı günlər qalıb. Bu müddət ərzində insanları ən çox maraqlandıran sullardan biri də "Kim oruc tuta bilməz" sualıdır.
Bəs Ramazan bayramında kimlərə oruc tutmaq tövsiyə edilmir?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan endokrinoloq Fuad Əliyev oruc tutmağın bir çox faydaları olsa da bəzi xəstələr üçün ziyanlı ola biləcəyini bildirib.
"O xəstəliklərdən biri də diabet xəstəliyidir. Oruc tutanların arasında diabet xəstələrinin sayı da az deyil. Oruc tutan insanın orqanizmində köhnə hüceyrələr yenilənir. Lakin hər kəsin oruc tutmağı tövsiyə edilmir. Diabet xəstələri oruc tutan zaman onlarda ani ağırlaşmalar baş verə bilər. Oruc tutan diabet xəstələrində şəkərin aşağı düşməsi, yəni hipoqlikemiyalar müşahidə edilir. Bu, əsasən, pasientlərdə fiziki aktivlik çox olanda və normal qidalanmayanda baş verir. Bu zaman titrəmə, tərləmə, halsızlıq kimi simptomlar ortaya çıxır. Diabetli xəstələr həkim nəzarət olmadan oruc tutarlarsa bu hallarla üzləşirlər".
F. Əliyev qeyd edib ki, insulin vurulan xəstələr və hamilə olan diabet xəstələri ümumiyyətlə oruc tuta bilməzlər.
"Pəhrizi və fiziki aktivliyi tənzimlənən xəstələr yalnız həkim nəzarəti ilə oruc tuta bilərlər. Onlar da öncədən buna xüsusi hazırlaşmalıdırlar. Yəni insanlar öncədən sağlam qidalanmalıdır ki, orucluq zamanı onların orqanzmində fəsadlar yaranmasın".
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı























.jpg)


.jpg)
.webp)











