Sağlamlıq
Oruc zamanı bədən daxili mühiti "təmizləmək" imkanı əldə edir

İntervallı aclığın məqsədi odur ki, bədən öz resurslarından qidalanmaya keçsin. Lakin bu üsulu hər kəs sınaqdan keçirə biməz.
Publika.az xəbər verir ki, bu barədə diyetoloq Yekaterina Nesvit danışıb.
Mütəxəssis qeyd edib ki, aclıq zamanı insan xoşagəlməz mədə ağrısı hissi, ürəkbulanma, ümumi zəiflik və başgicəllənmə hiss edə bilər.
"Bəziləri üçün bu hisslərə dözmək daha çətindir: əlləri titrəyir və ya tərləməyə başlayır, bu da hipoqlikemiyanı göstərə bilər. Bu halda həkimə müraciət etmək daha yaxşıdır", - "Gazeta.ru"ya müsahibəsində Beynəlxalq İnteqrativ Qidalanma İnstitutunun (MIIN) elmi şöbəsinin eksperti bildirib.
"Mütəmadi olaraq karbohidratlar yeməklə bədənimizi onlardan asılı vəziyyətə gətiririk, buna görə də daim enerji çatışmazlığı ilə yaşayırıq. Fasiləli oruc zamanı bədən daxili mühiti "təmizləmək" imkanı əldə edir - artıq yağları yandırır, immunitet reaksiyasını aktivləşdirir.
Bu orucun xüsusiyyəti odur ki, 16/8 rejimidir. Bu zaman insan səkkiz saat ərzində həmişəki kimi yemək yeyə bilər, günün qalan 16 saatında isə yalnız su və ya aşağı kalorili içkilərin içilməsi nəzərdə tutulur. Bu 16 saata yeddi-səkkiz saatlıq yuxu daxildir, buna görə də yeməkdən tamilə imtina müddəti səkkiz-doqquz saatdır. Öd kisəsi çıxarılarsa, bu rejimə 12 aydan tez keçə bilmərsiniz, bu müddət öd yollarının uyğunlaşması üçün lazımdır”, - diyetoloq bildirib.
5:2 yanaşması da var ki, insan həftənin beş günü həmişəki kimi yemək yeyir: səhər yeməyi, nahar və şam yeməyi. Qalan iki gündə o, gündə yalnız bir dəfə yemək yeyir, kalori miqdarı 500-600-dən çox olmamaq şərtiylə porsiyalar məhdudlaşdırılır.
"Bu rejimlər sağlamlıq problemi olmayan 18 yaşdan yuxarı insanlar üçün təhlükəsiz hesab olunur. Hamilə və laktasiya edən qadınlar, qidalanma pozğunluğu, ağır qaraciyər xəstəliyi, şəkərli diabet, hipoqlikemiyası olanlar, çəkisi az olanlar bu pəhrizdən istifadə etməməlidir", - diyetoloq yekunda vurğulayıb.
Aytən
-
ABŞ02:43
Trampı qəzəbləndirən məktub - Cavab olaraq 100% rüsum tətbiq edəcək
-
Qoroskop02:19
Günün ulduz falı: Ailə və ev məsələləri önə çıxacaq
-
İdman00:41
DÇ-2026: millimiz Fransaya böyük hesabla uduzdu - Video/Yeniləndi
-
ABŞ10 Oktyabr 23:43
Ağ Evdə ixtisarlara start verildi
-
ABŞ10 Oktyabr 23:27
ABŞ qoşunları İsraildədir
-
Nida Xəbər 10 Oktyabr 20:46
Azərbaycanla Türkiyə xüsusi təlimlər keçirəcək
-
Magazin110 Oktyabr 20:00
Əminə Yusifqızının son sözü: "Anamın yanına getmək istəyirəm"
-
ABŞ10 Oktyabr 19:00
ABŞ Meksika ilə sərhəddə “ağıllı divar” tikir - 4,5 milyard dollar xərclənəcək