Sağlamlıq
Hər gün qara istiot dənəsi udmağın 4 faydası
Ədviyyatlar yeməklərə dad verməklə yanaşı, sağlamlığımıza da müsbət təsir göstərir. Xüsusilə süfrələrin vazkeçilməzi olan qara istiot bu ədviyyatların öncüsüdür.
Publika.az xəbər verir ki, qara istiot maddələr mübadiləsini sürətləndirərək yağ yandırılmasını asanlaşdırmaqla yanaşı, müxtəlif sağlamlıq problemlərinə qarşı da qoruyucu rol oynayır.
Hər gün qidalanma rutininizə bir ədəd qara istiot dənəsi əlavə etmək bədəninizin sağlamlığı üçün vacib bir addım ola bilər.
Təbii antibiotik funksiyasını yerinə yetirən qara istiotu ədviyyat kimi yeməklərinizə əlavə etməkdən əlavə onun dənəsini uda da bilərsiniz.
Bəs qara istiot dənəsi udmağın hansı faydaları var?
1. Həzm sistemini yaxşılaşdırır: qara istiot dənəsi həzm sistemini təmizləyir. Bu, mədə və bağırsaqların müntəzəm işləməsini təşviq edərək həzm sağlamlığına müsbət təsiir göstərir.
2. Çəkiyə nəzarəti gücləndirir: qara istiot dənələrinin tərkibindəki “piperin” yağ hüceyrələrinin çoxalmasının qarşısını alır və yağın yandırılmasını sürətləndirir. Buna görə də çəki itirmə prosesində köməkçi rol oynaya bilər.
3. Siqaret çəkmək istəyini azaldır: qara istiot dənəsi udmaq siqaret çəkmə istəyini azaltmağa kömək edir. Siqareti tərgitmə prosesində olanların üstünlük verdiyi üsullardan biri də məhz budur.
4. Dəri sağlamlığına yaxşı təsir edir: qara istiotun tərkibindəki maddələr dərinin sağlamlığını dəstəkləyir. Yaşlanma əleyhinə effekti ilə qara istiot gözəl dəri arzulayanların sevimli ədviyyatıdır. (Medicina.az)
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı







































