Sağlamlıq
Ölümcül səhv: idman edənlər, diqqətli olun
Türkiyədə idmanla məşğul olanların üstünlük verdiyi protein tozları və enerji içkilərinin ciddi sağlamlıq problemlərinə səbəb olduğu gündəmə gətirilib. Mütəxəssislər resepti olmayan məhsullara diqqət çəkərək, əzələ üçün qəbul edilən maddələrin ölümcül nəticələrə səbəb ola biləcəyini bildiriblər.
Publika.az xəbər verir ki, Daxili Xəstəliklər Mütəxəssisi Dr. Ayça Kaya zülal tozlarının əzələ kütləsini və gücünü sürətlə artırdığına dair real olmayan bir inancın olduğunu ifadə edib:
"Həddindən artıq zülal qəbulu böyrəklərin iş yükünü artıra və böyrək funksiyalarını poza bilər. Həzm problemləri ilə yanaşı, osteoporoz və allergik reaksiyalara da səbəb ola bilər. Üstəlik, bu məhsullardan istifadə edərkən kifayət qədər su ilə dəstəklənməzsə, orqanizmdə su çatışmazlığına səbəb olacaq. Ona görə də protein tozu və enerji içkilərindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir".
Kardiologiya Mütəxəssisi Prof. Dr. Mustafa Kamal Erol da təbii zülal qəbul etməyi məsləhət görüb.
“Enerji içkilərinin tərkibində aritmiyanı tətikləyən maddələr var. Ona görə də heç vaxt enerji içkilərini tövsiyə etmirik. İdman edərkən təbii zülal qəbul etmək vacibdir. Reseptsiz məhsullar qəbul etdikdən sonra aritmiya və ürək döyüntüsü şikayəti ilə qəbulumuza xəstələr gəlir. Onlar məşq etməyi dayandırdıqda bir ay ərzində əvvəlki vəziyyətinə qayıdırlar. Mən dəbdəbəli paketlərdə satılan protein tozlarını qətiyyən tövsiyə etmirəm,- həkim bildirib.
Roza
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək






































