Sağlamlıq
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük
Məlum olub ki, tortlar, konfetlər və digər şirniyyatlar nəinki çəkinin sürətlə artmasına təsir edir, həm də simamızda dəyişikliyə səbəb olur və insanı əks cinsin gözündə daha çirkin edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, fransız alimləri araşdırma apardıqdan sonra bu qənaətə gəliblər. Onlar səhhətində problemi və ya şəkəri olmayan 100-dən çox kişi və qadını dəvət ediblər. Sonra onlara iki səhər yeməyi variantı təklif edilib - şəkərli və mürəkkəb karbohidratlı. Eyni zamanda, onların kalorilisi bərabər olub.
Yeməkdən iki saat sonra alimlər istehlakçılara əks cinsin fotolarını göstəriblər. Tədqiqatçılar üz cəlbediciliyinin qiymətləndirilməsinə təsir edə biləcək amilləri müəyyənləşdirməyə çalışıblar: yaş, saçın vəziyyəti, etnik xüsusiyyətlər. Təcrübə göstərib ki, yeməkdə şəkər nə qədər çox olarsa, üz bir o qədər az cəlbedici görünür. Bunun səbəbini endokrinoloq İnna Misnikova Teleqram kanalındakı səhifəsində izah edib.
1. Qidada şəkər nə qədər çox olarsa, qlükoza səviyyəsi bir o qədər yüksəlir və dəri zülallarının qlikasiya prosesləri daha aktiv olur. Bu da onun qocalmasına və daha az cəlbedici görünməsinə səbəb olur.
2. Şəkər qlükoza səviyyəsini aşağı salan insulinin ifraz olunmasına səbəb olur. Hipoqlikemiya ilə qanda qlükoza səviyyəsi və qan axını dəyişir. Nəticədə bu, görünüşə təsir edir.
3. Həddindən artıq şirniyyat yemək insulinin ifrazını təhrik edir ki, bu da cinsi hormonların ifrazına təsir edə, qadınlarda qadınlığı, kişilərdə isə kişiliyi azalda bilər. Yekun olaraq şəkər cəlbediciliyin azalmasına səbəb olur.
Həkimin sözlərinə görə, əgər insanın mühüm görüşü varsa və ya daha gözəl görünmək, daha cazibədar olmaq istəyirsə, şəkərli yeməklərdən imtina etməlidir.
Aytən Məftun
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?






































