Uzunömürlülüyün 5 əsas qaydası açıqlandı
Bizi izləyin

Sağlamlıq

Uzunömürlülüyün 5 əsas qaydası açıqlandı

Uzunömürlülüyün 5 əsas qaydası açıqlandı

Uzun və sağlam ömür sürmək üçün fiziki aktivlik, düzgün qidalanma, keyfiyyətli yuxu, stressin azaldılması və xəstəliklərin vaxtında profilaktikası vacibdir.

Publika.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə nevroloq Aleksey Mamatov bildirib.

Həkimin sözlərinə görə, uzunömürlülüyün əsas şərtlərindən biri müntəzəm fiziki aktivlikdir. Bunun üçün yalnız idmanla məşğul olmaq deyil, gündəlik məişət işləri zamanı hərəkətli olmaq da vacibdir.

Mütəxəssis balanslaşdırılmış qidalanmanın əhəmiyyətini də vurğulayıb. Qida rasionunda zülal, təzə tərəvəz və meyvələr, eləcə də liflə zəngin məhsullar kifayət qədər olmalıdır. Duz, şəkər və doymuş yağların həddindən artıq istehlakından isə çəkinmək tövsiyə edilir.

Digər mühüm amil keyfiyyətli gecə yuxusudur. Yuxuya getməkdə çətinlik, gecə tez-tez oyanmaq və səhərlər yorğunluq hissi yuxunun keyfiyyətinə diqqət yetirməyin vacibliyini göstərir.

Nevroloq stressin azaldılmasını da uzunömürlülüyün əsas şərtlərindən biri hesab edir. Onun sözlərinə görə, sinir sisteminin normal fəaliyyəti üçün müntəzəm istirahət və emosional bərpa vacibdir.

Həkim xəstəliklərin vaxtında aşkarlanması və qarşısının alınması üçün mütəmadi tibbi müayinələrdən keçməyi, sağlamlıq vəziyyətini izləməyi və təkrarlanan narahatlıq əlamətlərini diqqətdən kənarda qoymamağı tövsiyə edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm