Qarın piylərini əridən ən effektli qidalar
Bizi izləyin

Sağlamlıq

Qarın piylərini əridən ən effektli qidalar

Qarnınızı əritmək və daha incə belə qovuşmaq istəyirsiniz? Publika.az belinizi arıqladan 10 ən effektli qidaların siyahısını təqdim edir:

Zəncəfil

Bu ətirli ədviyyat mədə xəstəliklərində sakitləşdirici təsir edir, amma eyni zamanda, arıqlamağa kömək edir. Antioksidant baxımından zəngin olan bu ədviyyat acı istiotda olan kapsaikin adlı birləşmə ilə boldur. Aparılan araşdırmalar kapsaikin maddəsinin metabolizmi sürətləndirdiyini və nəticədə kalori yandırdığını göstərir. “Metabolizm” dərgisində dərc olunan bir araşdırmanın nəticəsinə görə, zəncəfil toxluq duyğusu aşılayır.

1

Cəfəri

Mütəxəssislər cəfəridə olan antioksidantların qaraciyər metabolizminə təsir etdirdiyini açıqlayır. Tıxanmış, zədələnmiş və ya yağlı qaraciyər metabolizmi zəiflədir və bu şəkildə kökəlməyə səbəb olur. Cəfəri sidikqovucu təsirə malikdir. Müntəzəm olaraq bu göyərtinin suyunu içənlər bu təsir nəticəsində özlərini yüngülləmiş hiss edəcəklər. Bu içkini içəndən sonra idman etsəniz, nəticəni daha tez hiss edəcəksiniz.

maydanoz-baharat

Sarımsaq

Anti-enflamatuar və təbii antibiotik xüsusiyyəti olan sarımsaq eyni zamanda yağ yandırıcı qidadır. Koreyada tədqiqatçılar sarımsağın yağları əritdiyinə dair bir sıra tədqiqatlar aparıblar.

sarimsak-baharat

Rozmarin

Rozmarin həqiqətən arıqladır. Metabolizmi sürətləndirir, iştahanı azaldır. Bu bitkinin ziyanı yoxdur, ancaq siz də sərhədi aşmayın. Gündə 4-5 fincan için. Sadəcə çay kimi yox ,həmçinin yağ kimi də işlədilir. Ət yeməkləri hazırlayarkən,rozmarin qatanda ətin dadını dəyişdirir. Rozmarin revmatizm, qan dövranı, ishal, ağrılı aybaşı, qanazlığı, sidik kisəsi xəstəlikləri, başağrısı, qastrit, bronxit kimi xəstəliklərdə istifadə oluna bilər. 2 çay qaşığı rozmarin 1 fincan suda dəmləyin və 10 dəqiqə saxlayın. Gündə 2 fincan içə bilərsiniz. Yüksək təzyiqi olanlara, hamilələrə tövsiyə olunmur. Yağı ehtiyatla işlənməlidir, zəhərlənmə verə bilər.

biberiye-baharat

İstiot

Ədviyyata acı dadını verən kapsaikin maddəsi metabolizmi sürətləndirir. Hollandiyada aparılan bir araşdırma kiçik dozalarda yeməyə qırmızı istiot əlavə etməyin bədəni daha çox yağ yandırmağa təşviq etdiyini sübut edib.

Perdue universitetində aparılan araşdırmada normalda qırmızı istiot sevməyən iştirakçıların qidalanmasına altı həftə ərzində qırmızı istiot daxil edilib. 6 həftədən sonra onların aclıq səviyyələrində azalma müşahidə olunub. Eynilə sarıkök kimi kimi bu ədviyyat da immunitet sistemini gücləndirir, soyuqdəymə və bakteriyalarla mübarizədə kömək edir.

7

Xardal toxumu

Xardal bitkisindən əldə edilən bu kəskin ədviyyat metabolizmi gücləndirir. ABŞ-da aparılan bir araşdırmaya görə, xardal bitkisində olan homobrasinolit komponenti orqanizmi gücləndirir və əzələ kütləsini artırır. Yuxunu nizama salan melatonin hormonu xardalda çox olur. Bu hormon xaki və qəhvəyi rəngli yağ hüceyrələrini yandırır.

8

Zəfəran

Zəfəran çayı daha faydalıdır. Zəfəran immunitet sistemini gücləndirir və mədə-bağırsaq sisteminə yaxşı təsir edir. Sellüliti azaldır, bol C və B vitamınləri ilə bədəni təmin edər. Əsas özəlliyi yağ əmilməsini dayandırmasıdır. Amma hamilə qalmaq istəyən xanımlara tövsiyə olunmur. Ona görə də buna fikir verin. Bu bitkini alarkən də çox diqqətli olmalısınız. Məhsul orijinal olmalıdır.

Darçın

Araşdırmaya görə darçın hüceyrələrdə qlükozanın hərəkətinə yardım edərək yağ toplama hormonu olan insulinə mane olur. Bundan başqa, darçının iştaha kəsmək xüsusiyyəti də vardır. Soyuqdəyməyə, bağırsaq problemlərinə, əl və ayaq titrəmələrinə qarşı yaxşı təsir edən darçının eyni zamanda cinsi istəyi artırır.

10

Nanə

Nanə həzmi yaxşılaşdırır, ürək bulanmasının və mədə qazını aradan qaldırır. Eyni zamanda, stress və rahatlıq verici xüsusiyyəti də var. Soyuqdəyməyə və öskürəyə də yaxşı təsir edir. Diş ağrısını sakitləşdirir və pis ağız qoxusunu azaldar.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm