Dəridəki ləkələr hansı xəstəliyin xəbərçisidir?
Bizi izləyin

Sağlamlıq

Dəridəki ləkələr hansı xəstəliyin xəbərçisidir?

Müəyyən səbəblərdən insanların dərisində ləkələr meydana gəlir. Biganə yanaşdıqda ləkələr təhlükəli dəri xəstəliklərinin ilk əlaməti ola bilər.

Dəridəki ləkələr, adətən, ya ağ, sarı rəngdə olur, ya da çəhrayı, mavi, bənövşəyi rənglərə çalır.

Bəs, ləkələr hansı səbəblərdən yaranır və hansı təhlükələrdən xəbər verir?

Publika.az bu suallara cavab axtarıb.

Əvvəlcə onu qeyd edək ki, dəridə ləkələr əsasən, zob xəstəliyi, dəmir çatışmazlığı, maddələr mübadiləsinin pozulması, böyrəküstü vəzin və qaraciyərin xəstəliyi zamanı meydana gəlir. Qandakı dəyişikliklər də ləkələrin yaranmasına və artmasına səbəb ola bilər. Bəzi ləkələr isə göbələk xəstəliyi və ya xərçəng zamanı müşahidə edilir.

Xəstəlik müalicə edilməzsə, ləkələr sürətlə artır.

Aparılan araşdırmalar göstərib ki, dəridə yaranan ləkələrin rənginə baxaraq onun hansı xəstəliyin əlaməti olduğunu müəyyənləşdirmək mümkündür.

Ağ rəngli ləkə

Bu bədəndə yaranan göbələyin əlaməti ola bilər. Əgər ağ ləkə qabıq verirsə, kəpəklənirsə “tinea versicolor” adı verilən bədən göbələyindən şübhələnmək olar. Həmin göbələk xüsusilə, kürəkdə, sinədə, qarın və qollarda ağ ləkələrin yaranmasına səbəb olur. Adətən, mərci dənəsi kimi xırda olur. Ancaq bir neçə ləkə birləşib daha iri ləkələrin formalaşmasına səbəb ola bilər. Yoluxucu olmasa da, estetik baxımdan yaxşı görünmür. Müalicəsi asandır.

Vitiliqo

Dəridə yaranan ağ ləkələrin digər səbəbi də “vitiliqo” adı verilən dəri xəstəliyi ola bilər. Həmin xəstəlik dəriyə rəng verən hüceyrələri məhv etdiyindən ağ ləkələr yaranır. Vitiliqo daha çox şəkər xəstələrini təhdid edir.

Sarı rəngli ləkə

Sarılıq

Bu ləklərin əsas səbəbi sarılıq ola bilər. Sarılıq öd kisəsindən öd axınına maneə yarananda ya da qaraciyər hər hansı mikrobdan ziyan görəndə baş verir. Nəticədə qanda bəzi maddələrin miqdarı dəyişir, yəni artır. Nəticədə dəri sarı rəng alır. Həmin ləkələr qaşınır və ya qabıq verir.

Çəhrayı-qırmızı rəngli ləkə

Qurdeşənək (ürtiker)

Dəridə yaranan çəhrayı qızartılar 24 saat içində yox olub təkrar meydana gəlirsə və qaşınırsa, bu ürtiker xəstəliyinin əlaməti ola bilər.

Bədən göbələyi

Göbələklərin səbəb olduğu digər dəri xəstəliyi çəhrayı və qırmızı ləkələrlə müşayiət olunur. “Tinea corporis” adı verilən göbələk infeksiya nəticəsində yaranır. İnsandan, heyvandan və torpaqdan keçə bilir. Dəhşətli qaşınmalara səbəb olan bu xəstəlikdən şübhələnirsinizsə, həkimə getmək məsləhətdir.

Sədəf

Sədəf xəstəliyi də belə ləklərin səbəbi ola bilər.

Dizlərdə, dirsəklərdə, üzdə və saç dərisində meydana gələn ləkələrin bütün bədənə yayılma təhlükəsi var.

Mavi-bənövşəyi ləkələr

Ürək xəstəlikləri

Ürək xəstələrində meydana gəlir. Belə ki, ürək çatmazlığı nəticəsində qan dövranının pozulması belə ləklərin sayının artması ilə nəticələnir. Xüsusilə, dil, dodaq, burnun ucu, barmaq ucları kimi bölgələrdə müşahidə edilir.

Ağciyər xəstəlikləri

Xəstə normal nəfəs ala bilmədiyi üçün dəri oksigeni qəbul edə bilmir. Bu da ləkələrin yaranması ilə nəticələnir. Xüsusilə, dodaqda və dodaq ətrafında müşahidə edilir.

C və K vitamini çatışmazlığı

C və K vitamini çatışmazlığı zamanı dərinin altında kiçik qanamalar meydana gəlir. Bu da dərinin səthində bənövşəyi ləklərin yaranmasına səbəb olur.

Müxtəlif xərçəng növləri

Qıçlarda meydana gələn ləkələr ilk baxışda iltihabı damar xəstəliyini xatırlada bilər. Ancaq bu, qan xərçənginin də ilkin əlaməti hesab edilməlidir. Xüsusilə, kürək bölgəsində yaranan ləkələr qabıq verirsə, bu mədə, bağırsaq, döş xərçəngi və qan xərçəngindən şübhələnmək lazımdır.

Qəhvəyi rəngli ləkə

Böyrək çatışmazlığı

Belə ləkələrin əsas səbəbi böyrək çatışmazlığı olur. Dəridə qəhvəyi ləkələrlə yanaşı, quruluq, kəpəklənmə, şiddətli qaşıntı hiss edilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm