Sağlamlıq
Ana südünü artıran formullar
Körpənin ilk altı ayında ana südü ilə qidalanması son dərəcə vacibdir. Buna görə də ilk altı ayda ana südünün bol olması böyük əhəmiyyət daşıyır.
Körpəsi böyüdükcə südünün azaldığını hiss edən analar nə etməlidir?
İlk növbədə ana öz körpəsini əmizdirərkən döşündə olan südün tam boşalmasına çalışmalıdır. Çünki belə olanda beyinə siqnal ötürülür ki, süd azalır və nəticədə süd ifrazı artmağa başlayır. Düzdür, bu, elə ilk gündən baş vermir. Lakin bir müddət sonra ana dəyişikliyi hiss etməyə başlayır. Mütəxəssislərin fikrincə, gecələr daha çox əmizdirmək də süd artımına kömək edir.
Lakin ana südünün artmasına səbəb ola biləcək üsullar da var.
Publika.az-ın sağlamlıq bölməsi qidalanma və müəyyən tələbləri yerinə yetirməkdən ibarət olan həmin üsulları təqdim edir:
Sürətli arıqlamağı vəd edən pəhrizlər saxlamayın.
Dərmanların qəbulu qəti qadağandır.
Gündə ən azı 2,5-3 litr su için.
Mütəmadi olaraq kalsiumla zəngin süd, qatıq və pendir kimi ağartı məsulları yeyin.
A vitamininin bol olduğu yerkökünü, yaşıl tərəvəzləri, göyərtiləri və qaysını qida resionunuzdan əskik etməyin.
Nahar etdikdən sonra qidaların dəyərini qorumaq və xüsusilə, qan azlığının (anemiya) qarşısını almaq üçün çox çay içməyin.
Əhval-ruhiyyənizi yüksək saxlayın. Bu, ana südünü artıran ən mühüm amillərdəndir.
Süd verən ana vitamin, zülallarla zəngin qidalar yeməlidir. Məsələn, uşaq əmizdirən analar gün ərzində 1 yumurta, 1 stəkan süd, mal əti, toyuq əti, balıq əti kimi proteinli qidalar yeməlidir.
Ana südünü şüyüd, razyana, darçın da artırır.
Bütün bunlarla yanaşı, hər gün təmiz havada olmaq da ana südünün çoxalmasına müsbət təsir edir.
Fidan
-
Region17:10
Ermənistanda 2 nəfər öldü, 300 nəfər təxliyə edildi - Paşinyan fəlakət bölgəsinə getdi - YENİLƏNDİ
-
Hadisə16:27
Kür çayı məcradan çıxıb - FHN məlumat yaydı
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Hadisə10:30
Bakıda binada yanğın: sakinlər təxliyə edildi
-
Nida Xəbər 10:24
Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar
-
Sosial10:08
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?