Sağlamlıq
Saç tökülməsinin qarşısını alan 7 qida - Fotolar
Daim tökülən saçlarınız sizi narahat edirsə, mütləq qidalanma rejiminizi nəzərdən keçirməlisiniz. Bundan sonra isə qida rasionunuza yenilik edib saçlarınıza yaxşı təsir edəcək qidalara üstünlük verməlisiniz. Bəzi qidalar saçların tökülməsinə qarşı olduqca təsirlidir. Publika.az-ın gözəllik bölməsi saç diblərini gücləndirən qidaları təqdim edir:
Quru meyvə
Sağlam saçlar Omega-3 yağ turşularına ehtiyac duyur. Quru meyvələrdəki Omega-3 saçları qoruyur, sink isə tökülməsinə mane olur.
Soya
E vitamini baxımından zəngin digər qida da soyadır. Hemoqlobin istehsalında əhəmiyyətli yeri olan dəmir soyada bol miqdarda olur. Hemoqlobin qanda olur və oksigenin daşınmasını təmin edir. Qanın tərkibindəki hemoqlobinin səviyyəsinin düşməsi qan dövranını da pozur. Qan dövranı pozulanda isə saç dərisi qidalanmadığı üçün tüklərin dibi boşalır. Nəticədə saçlar zəifləyir, uzanmır və tökülür.
Zeytun yağı
Zeytun yağı əsl E vitamini mənbəyidir. E vitamini saçları qoruyan və qalınlaşmasını təmin edən antioksidantdır. Həmçinin hüceyrələrin sağlam inkişafı üçün əhəmiyyətlidir. Dərini rütubətli və yumşaq tutur. Zeytun yağı saç köklərini nəmləndirərək qırılmasının qarşısını alır.
Yerkökü
Gözlər üçün olduqca faydalı olan yerkökü saçlar üçün də təsirli tərəvəzdir. Tərkibindəki A vitamini sayəsində saçların sağlam və parlaq görünməsini təmin edən dəri piyi istehsalını dəstəkləyir.
Tam taxıllı qidalar
B7 vitamini ehtiva edən tam taxıllı qidalar saçların tökülməsinə və ağarmasına qarşı təsirlidir.
İspanaq
B9 vitamini parlaq və sağlam saçlar üçün lazımdır. Kifayət qədər alındıqda saçlarınızın daha sağlam göründüyünü fərq edəcəksiniz.
Molyuska
Afrodizyak təsirilə tanınan molyuska sink baxımından da zəngindir. Sink, təsirli antioksidantdır və saçları qoruyur.
Aytən
-
Dünya06:49
Bu ölkədə havanın temperaturu 52 dərəcəyə çatdı
-
Dünya05:15
Ərdoğandan İtaliyaya Fələstinlə bağlı ÇAĞIRIŞ
-
Dünya03:18
Məşhur vulkan yenidən püskürdü
-
İdman02:00
UEFA Konfrans Liqasının qalibi məlum oldu
-
Qoroskop00:25
Günün qoroskopu: ideyaların reallaşdırılması üçün uğurlu gündür
-
Nida Xəbər 29 May 22:28
Ceyhun Bayramov Pakistanda səfərdədir
-
Magazin229 May 21:52
Kadir İnanır yenidən xəstəxanaya yerləşdirildi
-
MDB29 May 20:50
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi