Sağlamlıq
Əsl göz kimi hərəkət edən süni göz hazırlandı
Rusiyalı alimlər sağlam gözün hərəkətlərini təkrarlaya bilən yeni göz protezinin maketini hazırlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “RIA Novosti”yə layihə rəhbəri, Sankt-Peterburq Elektrotexnika Universitetinin (ETU "LETI") İnformasiya Ölçmə və Biotexniki Sistemlər fakültəsinin mühəndisi Roman Antonov bildirib.
Onun sözlərinə görə, layihə iki əsas hissədən ibarətdir: daxili mikromühərrikə malik göz protezi və çərçivəsinə mini-kamera quraşdırılmış eynək. Kamera sağlam gözün hərəkətlərini qeydə alır və məlumatı protezə ötürür. Mikromühərrik siqnalı qəbul etdikdən sonra protezi hərəkət etdirir və beləliklə, süni göz sağlam gözlə eyni istiqamətdə hərəkət edir.
Hazırda alimlər protezin laboratoriya maketini, struktur-funksional sxemini hazırlayıb və proqram təminatının ilkin versiyasını yazıblar.
Məlumatların ötürülməsi “Bluetooth” vasitəsilə həyata keçirilir və bu, simsiz qulaqlıqların işləmə prinsipinə bənzəyir. Protez bir dəfə enerji ilə doldurulduqdan sonra təxminən bir sutka işləyə bilir, onun gözlənilən istifadə müddəti isə 3-5 il təşkil edir.
Alimlərin sözlərinə görə, protez xüsusi polimer materialdan hazırlanıb. Bu material biouyğundur, nəmə və temperatur dəyişikliklərinə davamlıdır, həmçinin çox yüngül olduğu üçün göz qapaqlarının sürüşməsi və əzələ problemləri kimi fəsadların qarşısını alır.
-
Cinayət dünyası14:00Dibçəkdə yatızdırdılar, meyiti aylarla evdə gizlədib yandırdılar - FOTOLAR
-
Digər13:36Dini məktəbdə qalmaqal: Müəllim şagirdə təcavüz edirmiş - FOTO
-
MDB13:14Peskov: Putin əfv qərarı verərkən onun xəstəliyini və uşaqlarını nəzərə aldı
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
















.jpg)











.png)









