Bədən quruluşunun cəlbedici olması üçün nə yeməli?
Bizi izləyin

Sağlamlıq

Bədən quruluşunun cəlbedici olması üçün nə yeməli?

Diyetoloqlar arıqlamaq və sellülitdən xilas olmaq istəyən xanımlara yay aylarında aşağıdakı qidaları tövsiyə edirlər. Məhz bu ərzaqlar sayəsində gözəl dəriyə, sellülitsiz ayaqlara parlaq saçlara sahib ola bilərsiniz. Publika.az-ın sağlamlıq bölməsi bədən quruluşunun cəlbedici olması üçün mütəxəssislərin yay aylarında tövsiyə etdiyi qidaların siyahısını təqdim edir:

Qatıq: Qarın yağlarını əritmək üçün möcüzəli qidadır. Gündə 3 kasa qatıq yemək bədənin kalsium ehtiyacını qarşılayır. Pis xolesterinin düşməni, yaxşı xolesterinin dostu olan qatıq ürək və damar sağlamlığının qorunmasında da təsirlidir.

Paxla: Vitamin və zülal baxımından zəngin olan təzə paxla insan orqanizmi üçün olduqca faydalıdır. Paxla həzmi asanlaşdırır. Sidik yollarını təmizləyir. Böyrəklərə olduqca faydalıdır. Böyrək ağrılarını yüngülləşdirir, böyrəkdəki qumların və daşların tökülməsinə kömək olur. Lif, vitamin, mineral, dəmir, kalsium və zülal baxımından zəngin olan paxla toxluq hissi sayəsində artıq çəki almağa qoymur.

Kərəviz: Artıq çəkidən əziyyət çəkənlər üçün kərəviz ən yaxşı tərəvəzlərdən biri sayıla bilər. Arıqlamaq istəyənlər müntəzəm olaraq qidalanma zamanı kərəvizdən istifadə etsələr, daha tez müsbət nəticə əldə edə bilərlər.

İstridiyə (dəniz ilbizi): Bu dəniz məhsulu sinklə zəngindir. Sink təsirli antioksidant olub saçları möhkəmləndirməyə kömək edir. Eyni zamanda arıqlamaq üçün effektli qidadır.

Gül kələmi: Kələmin ucuz olmasına baxmayın. O, bahalı meyvələrdən daha faydalı və effektlidir. Gül kələm həzm sistemini yaxşılaşdırdığı üçün ona “mədənin dostu” da deyilir. Gül kələm həm də maddələr mübadiləsini yaxşılaşdırır, immun və ürək-damar sisteminin işini normallaşdırır, əsəbləri möhkəmləndirir.

Qırmızı istiot: Qırmızı bibər pəhriz saxlayanların ləzzətli yoldaşıdır. Çünki qırmızı bibər maddələr mübadiləsini gücləndirir, toxluq hissini artırır və yağları yandırmaqda zəmin rolunu oynayır. Xüsusən də qarındakı piyləri asanlıqla əritmək olmur. Qırmızı bibər isə bu işin öhdəsindən yaxşı gəlir. Bibər nə qədər acı olsa, o qədər yaxşıdır. Məsələn bibərdəki "Capsaicin" adlı kimyəvi komponent maddələr mübadiləsini sürətləndirir, yeməyi daha ləzzətli və doyumlu edir. Bu isə daha az kalori istehlak etmək deməkdir.

Yerkökü: Vitamin və minerallarla zəngin olan yerkökü orqanizmin mineral maddələrə olan sutkalıq tələbatını ödəyir. Bu bitki güclü təmizləyici təsirləri ilə qaraciyəri toksinlərdən təmizləyir. Onun tərkibində olan beta-karotin immun sisteminin möhkəmlənməsinə, sümüklərin və dişlərin güclənməsinə, tiroid vəzində ola biləcək problemlərin aradan qalxmasına və boy artımına kömək edir. Həm də zehni fəaliyyəti gücləndirir. Bu tərəvəz bədəndəki ziyanlı xolesterinin səviyyəsini aşağı salır.

Alabalıq: Tərkibindəki omeqa-3 yağı ilə saysız-hesabsız faydası olan alabalıq infarkt riskini azaldır, immun sistemini gücləndirir. Alabalıq eyni zamanda aşağı xolesterin və doymuş yağ ehtiva edən mükəmməl zülal qaynağıdır.

Su: Pəhriz saxlamasınız da, ideal bədən quruluşuna sahib olmaq, dərinin parıltılı və cavan olmasını istəyirsinizsə, suyu menyudan çıxartmayın. Acanda həddindən artıq yeməyin, su için. Su aclıq hissini öldürərək artıq çəki almağa qoymur. Gündə 8 stəkan su için.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm