Sağlamlıq
Beli incəldən hərəkətlər - FOTOLAR
Okan Universitetinin fizioterapiya və reabilitasiya fakültəsinin professoru Qamze Şenbursan qısa müddətdə arıqlamaq istəyənlər üçün 5 məşq təklif edir. Bu məşqlərə hər gün 15 dəqiqə vaxt ayırmaq kifayət edəcək. Publika.az Türkiyə mətbuatına istinadən Qamze Şenbursanın təklif etdiyi 5 məşqi təqdim edir:
Plank: Məşqçilər arıqlamaq istəyənlərə çox zaman plank məşqini tövsiyə edirlər. Bu hərəkət bədənin bir çox əzələlərini işlətsə də, xüsusi ilə qarın əritmək üçün effektlidir. Üzü üstə uzanıb dirsəkləri yerə qoyun. Daha sonra sıra ilə sinəni, ombanı və ayaqları yerə yaxınlaşdırın. Belə vəziyyətdə 20 saniyə gözləyin, sonra yavaş-yavaş qalxın. İkinci gün də 20 saniyə edin. Daha sonra hər 2 gündən bir 10 saniyə artırın.
Körpü hərəkəti: Arxası üstə ayaq dabanları yerə dəyəcək şəkildə uzanın, dizləri bükün. Düz bir xətt halında ombanızı qaldırın. Son nöqtədə 5-ə qədər sayın. Yavaşca aşağı düşün.
Krunç: Arxası üstə uzanıb dizlər bükülü halda sola doğru qalxın, eyni anda sol dizinizi özünüzə tərəf çəkin. Sağ dirsəyinizi sol dizinizə dəydirməyə çalışın. Sonra sol dirsəyinizi sağ dizinizə dəydirməyə çalışın.
Simit məşqi: Ayaq üstə dayanın və bir əlinizə qantel alın. Omba və ayaqları sabit şəkildə saxlayıb kürəyinizi sağa çevirməyə çalışın. Sonra sola doğru çevirin.
Yan qarın idmanı: Ayaqda durarkən idman alətini boynun arxasına keçirərək çiyinlərinizə yerləşdirin, dəmiri öndən əllərinizlə tutun. Ayaqları çiyin bərabərliyində açın. Sonra oturun durun.
Hərəkətləri gündə maksimum 50 dəfə edin. Çünki həddən artıq edilən məşq əzələ ağrılarına səbəb ola bilər. Məşqlər zamanı nəfəsinizi əsla tutmayın, xüsusi ilə qarın əzələsini işlədərkən dərindən nəfəs alıb-verin.
Aytən
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...