Sağlamlıq
Ramazanda mədə problemlərini həll edən meyvə
Türkiyəli diyetoloq Dərya Zünbülcan Ramazanda həkimlərin məsləhətlərinə əməl etməyənlərin mədə problemləri ilə üzləşdiklərini bildirib. Diyetoloq orucun mədə xəstəliklərinə səbəb olmaması üçün bir neçə qaydaya əməl etməyi məsləhət görüb.
Dərya Zünbülcan ilk növbədə bəzi tərəvəz və ədviyyatlardan uzaq durmağı tövsiyə edib:
“Bu Ramazanda insanlar düz 17 saat ac qalacaqlar. Bu da xüsusilə mədə üçün təhlükəlidir. Oruc tutarkən mədədə ağrı, yanğı və qıcqırma hiss edənlər sarımsaq, acı bibər kimi tərəvəzlərdən, darçın, istiot kimi ədviyyatlardan uzaq durmalıdırlar”.
Diyetoloqun sözlərinə görə, iftar yeməyi ən az 3-4 saat çəkməlidir. Belə olduqda mədənin sağlamlığı qorunur:
“İftarda bir anda mədəni ağır yeməklərlə doldurmaq olmaz. İftar yeməyi ən az 3-4 saat çəkməlidir. Bu müddətdə az-az yemək lazımdır”.
Mütəxəssis mədə üçün ən faydalı meyvənin zeytun olduğunu vurğulayıb:
“Mədə üçün ən faydalı qida zeytundur. İftarda və imsakda bir neçə ədəd zeytun yemək sizi mədə problemlərindən xilas edə bilər. Qara zeytun daha faydalıdır. Zeytunu duzsuz yeməyə üstünlük verin”.
Ləman Sultan
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər