Səhiyyə
Azərbaycanda korluq ən çox hansı bölgələrdə yayılıb? - Professor AÇIQLADI
Respublika ərazisində on üç yaşadək uşaqlarda miopiya, böyüklər arasında isə miopiya ilə yanaşı, qlaukoma, katarakta, korluq, zəifgörmə geniş yayılıb.
Publika.az xəbər verir ki, bu sözləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Elmar Qasımov “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusuna həsr olunmuş birgə elmi sessiyada çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, əhali arasında oftalmopatalogiyanın pay bölgüsünə əsasən, 10 yaşadək uşaqlarda 35 faiz nəticə ilə refraktion patologiya, 18 yaşdan yuxarı sakinlərdə isə 22 faizlə katarakta xəstəliyi üstünlük təşkil edir. Zəifgörmə və korluq Şamaxı, Kürdəmir, Lerik və Qax rayonlarında yaşayan sakinlər arasında geniş yayılıb.
“Əlilliyə səbəb olan qlaukoma əhali arasında geniş yayılmaqdadır. Görmə orqanının bu xəstəliyinin respublika üzrə yayılması 14,5-18,7 faiz təşkil edir. Hazırda ölkəmizdə 22 min 256 nəfər qlaukomaya məruz qalmış xəstə var. Mərkəzdə qeydiyyatda olanların sayı 15 min 265 nəfərdir. Bölgələrdə isə bu rəqəm 914-ə bərabərdir. Xəstəliyin terminal mərhələsinin olduğu xəstələr birinci, ikinci, üçüncü qrup əlil hesab edilirlər. Onların hər hansı bir iş fəaliyyəti ilə məşğul olması mümkünsüzdür. Dövlət tərəfindən onlara pensiya ayrılır. Qlaukomalı xəstələr üçün yüksək səviyyəli dispanzerizasiyanın və müalicənin tətbiqi olduqca vacibdir. Bu xəstəliyin ən geniş yayılmış növü 67 faizlə birincili, yəni açıqbucaqlı qlaukomadır”, - deyə direktor qeyd edib.
E.Qasımov kataraktanın da əhali arasında geniş vüsət aldığını bildirib: “Katarakta xəstəliyinə Cəlilabad rayonunda daha çox rast gəlinir. Göz zədələrinin intensiv göstəricisi isə Bakı, Salyan, Ağdaşda aşkarlanıb. Bununla əlaqədar mərkəzə təcili tibbi yardımla gələnlərin 70 faizi gənc nəslin nümayəndələridir. Onlar müalicə və əməliyyatdan sonra öz iş fəaliyyətlərini davam etdirə bilirlər. Görmə orqanı zədələrinə böyüklərdə 59, uşaqlarda 72 faiz rast gəlinir ki, bunun da əksəriyyətini çox ağır dəlib keçən yaralanmalar təşkil edir. Əgər, həmin şəxslər vaxtında düzgün müalicə almazlarsa, bu, əlilliklə nəticələnir”.
Akademiyanın müxbir üzvü deyib ki, ötən il mərkəzə 33 min 639 nəfər müraciət edib. Onlardan 13 mini birincili, 21 minə yaxını isə ikincili xəstələrdən ibarət olub. Professor vaxtından əvvəl doğulmuş körpələrdə prematorial retinopatiya müayinəsinin aparılmasının çox önəmli olduğunu vurğulayıb. Bir neçə tibb ocaqları ilə bağlanmış müqaviləyə əsasən 402 uşaq müalicə olunub, 147-si isə ikincili müalicə alıblar.
Mərkəzin direktoru səyyar klinikaların fəaliyyətinə toxunaraq deyib ki, belə klinikalarda 36 min 645 nəfərə baxış keçirilib, 6 minə yaxın cərrahi əməliyyat icra olunub.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






