Səhiyyə
Maska taxmaq viruslardan qoruyur?
Çinin Uhan şəhərində ortaya çıxan koronavirus epidemiyasından sonra çox sayda insan küçədə və ictimai nəqliyyatda maska ilə gəzməyə başlayıb. Bəs gündəlik istifadə etdiyimiz maskalar bizi həqiqətən viruslardan qoruyur?

Publika.az xəbər verir ki, tədqiqatçılar tibbi maskaların viruslardan qoruma gücündə olmasını qəbul etmir.
Belə ki, ABŞ-ın Vanderbilt Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Vilyam Şafner tibbi maskaların koronavirusdan effektiv qorumanı təmin etmədiyini deyib.
Virusdan qoruyan maska növü N95 olaraq bilinir. Bu, tibbi maskalardan daha qalın olması ilə fərqlənir. Lakin Şafner N95 maskalarından istifadəni tövsiyə etmir.
Həkim bildirib ki, onların təsirli olması üçün taxıldıqdan sonra maska ilə üz arasında ən kiçik boşluğun belə qalmadığından əmin olmaq lazımdır.
Şafner maskanı bu şəkildə istifadə etməyin nəfəsalmanı çətinləşdirdiyini deyir: "Nəfəsalma zamanı maskanın içi nəm olduğundan klaustrofobiya yaranır. Bu cür maskaları həkimlər virus daşıyıcısı olan xəstələrlə təmasda istifadə edir".
Məhərrəm Əliyev
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































