Səhiyyə
Azərbaycanda daha bir koronaviruslu xəstə EKMO aparatına qoşuldu
Mərkəzi Gömrük Hospitalının reanimasiya briqadası artıq dördüncü ağır koronaviruslu xəstəni ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazına qoşub.
Publika.az xəbər verir ki, bu barədə Hospitaldan məlumat verilib.
Qeyd olunub ki, ixtisasca həkim olan 48 yaşlı pasiyentin ağciyərlərinin 90%-dən çoxu zədəli və qan qazlarında ciddi mənfi dinamika müşahidə olunduğu üçün xəstə EKMO apparatına qoşulub: “Hazırda xəstənin vəziyyəti stabil kritik ağır kimi qiymətləndirilir”.
Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi Tural Sadıqov bildirib ki, koronaviruslu xəstələrdə ağciyərlər öz funksiyasını heç cür bərpa edə bilmirsə, süni tənəffüs aparatına qoşulduqda da fayda olmursa, xəstə məcburən EKMO cihazına qoşulur: “Şöbədə ilk EKMO cihazına qoşulan pasiyent artıq uğurla cihazdan və süni tənəffüs aparatından ayrılıb. Hazırda digər xəstələrin müalicəsi davam edilir”.
Qeyd edək ki, EKMO cihazı ağciyər və ürək yerinə 2-3 həftə və daha artıq funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müasir və yüksək texnoloji bir müalicə üsuludur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
