Səhiyyə
"Semaşko"da yoxlamalar başladı - Baş həkimin işdən çıxarılmasına səbəb...
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") ciddi yoxlamalar aparılır.
Publika.az mediapost.az-a istinadən xəbər verir ki, araşdırma bu ilin iyul ayında Ramin Bayramlının müvafiq əmri ilə vəzifəsindən azad olunan "Semaşko”nın sabiq direktoru Ədalət Dadaşovun rəhbəri olduğu dövr üçün aparılır.
İlkin araşdırma zamanı ciddi pozuntular da aşkar edilib.
Artıq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kliniki Tibbi Mərkəzinin (Semoşka) keçmiş direktoru Dadaşov Ədalət İmamcan oğlu barəsində də araşdırma aparır və cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “Semaşko”da yoxlamaların keçirildiyini təsdiqləyib:
“Semaşko”da Ekspert İşçi Qurupunun monitorinqləri keçirilir və uyğun işlər qiymətləndirilir. Digər səhiyyə müəssisələrimizdə də mütəmadi olaraq bu cür monitorinqlər davamlı olaraq aparılır. “Semaşko”da korrupsiya faktı ilə bağlı mən heç nə deyə bilməyəcəm. Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edin”.
TƏBİB rəsmisi Ədalət Dadaşovun rəhbər olduğu dövrdə işində ciddi nöqsanların olduğunu da təsdiqləyib:
“Təbii ki, rəhbərlik durduğu yerdə dəyişilmir. Demək ki, işində yol verdiyi nöqsanlara görə, bu qərar verilib”.
Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə 2016-cı ildə "Semaşko”ya direktor təyin edilmiş Ədalət Vəliyev KİV-də “xəstələri pulsuz müalicə edirik” fikri ilə gündəmə gəlmişdi.
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı



































.jpg)

.jpg)
