Səhiyyə
Deputatdan ÇAĞIRIŞ: "Hamımız təcili şəkildə..."

"Mütəxəsislərin qənaətnə görə COVİD-19 koronavirus infeksiyası düşündüymüzdən də çox qorxuludur. COVİD-19 infeksiyasını Qlobal Pandemiya elan edəndə Azərbaycan ÜST-in çağırışına ilk cavab verən ölkələrdən olub. ÜST ilk gündən Qlobal Pandemiya ilə mübarizə qaydalarını müəyyənləşdirdi və effektiv mübarizənin təşkili üçün mütəmadi tövsüyyələrini verdi. Dövlət başçımız COVİD-19-un yaradacağı problemlərini qabaqcadan görürdü. Cənab Prezident bilirdi ki, tezliklə dünyada tibbi maska və qoruyucu vasitələrin çatışmamazlığı baş verəcək. Ona görə də ölkəmizdə tibbi maska və qoruyucu vasitələrin istehsalı sahələri yaradıldı. Bu gün demək olar ki, COVİD-19-a qarşı mübarizədə istifadə olunan qoruyucu vasitələr ölkəmizdə istehsal olunur və təlabatımızı tam şəkildə ödəyir. Təcilli şəkildə 50-yə yaxın xəstəxana GOVİD-19 xəstələrinin müalicəsinə yönləndirildi. Yeni Klinika və ixtisaslaşdırılmış yeni tipli modul tipli xəstəxanaları tikilib istifadəyə verildi. Əhalimizin vaksinləşədirilməsinə başladıq. O cümlədən iqtisadi vəziyyəti zəif ölkələrə yardımların edilməsi üçün ÜST-ə 10 milyon dollar ianə olundu, həm də 30-dan çox ölkəyə birbaşa yardımlar göndərildi".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, əhalidən tətbiq olunmuş karantin rejiminin tələblərinə riayət edilməsi tələb olundu:
"Görülmüş bütün tədbirlər koronavirusun yoluxma dinamikasını nəzarətdə saxlamağımıza imkan verdi. Nəticələr çox uğurlu olmuşdu. Tətbiq olunmuş karantin rejimndəki məhdudiyyətlərdə yumşalmalar aparıldı. İnsanlar gündəlik həyatına qayıtmağa başladı. Bununla yanaşı Operativ Qərargah hər gün əhaliyə qapalı məkanlarda tibbi maskanın taxılmasını, sosial məsafənin gözlənilməsini, kütləvi tədbirlərin keçirilməsi üçün müəyyən olunmuş qaydalara riayət olunmasına və kütləvi vaksinləşdirmədə iştirak etməyinə çağırışlarını davam etdirir. COVİD-19 yeni növ koronavirusa qarşı mübarizədə ÜST Azərbaycanı dünya ölkələri üçün nümunə olduğunu dəfələrlə qeyd etdi. Amma bütün bunlara baxmayaraq insanlarımızda Operativ Qərargahın tələblərinə ciddilik azaldı və bizdə koronavirus infeksiyasının yoxa çıxması kimi bir fikir formalaşdı. Təbii ki, bu da bu gün öz mənfi nəticlərini yenidən gündəmə gətirir. Son günlər ölkəmizdə koronavirusa yoluxmaların və bu xəstəlikdən dünyasını dəyişənlərin sayında artımlar müşahidə olunması bizim üçün bir siqnal olmalıdır".
Deputat bildirib ki, hamımız təcili şəkildə Operativ Qəragahın tələblərinə ciddi yanaşmağına davam etməliyik:
"Əks halda COVİD-19-a yoluxmalar kəskin artacaq və Operativ Qərargah yenidən məhdudiyyətlərin tətbiqini zəruri edəcəkdir. Bunun baş verməməsi üçün ilk növbədə peyvənd vurdurmayan insanları peyvəndləməyə cəlb etməliyik. Çünki peyvənd vurmuş şəxslər ola bilsin ki, yenidən COVİD-19-a yoluxsun, amma xəstəliyi yüngül keçirir və ölüm riski də minimuma enmiş olur. Əgər vaksinləri qısa bir zamanda vurdurmasaq nə baş verəcək?. Bu suala cavab vermək üçün vaksinləşmənin səviyyəsi bizdən aşağı olan qonşu ölkələrdəki vəziyyətini nəzərdən keçirməliyik. Məsələn, son günlər gündəlik yoluxmalar Türkiyədə 22-25 min, əhalisi bizdən dəfələrlə az olan qonşu Gürcüstanda 3344 və ölənlərin sayı sutkada 30 nəfəri keçir, qonşu Rusiyada gündəlik yoluxmalar testlərin 20%-ni keçir, İranda isə son bir gündə 39619 yoluxma halı müşahidə olunur. Azərbaycanda 2 həftə əvvəl gündəlik yoluxmaların sayı 272 olduğu halda bu gün 1220-ni keçir. Cari vəziyyətin belə olması bizim üçün bir siqnal olmalıdır. Mütəxəsislər COVİD-19 infeksiyası cəmiyyətdə höküm sürdükcə mutasiya uğrayaraq müxtəlif ştammların meydana gələcəyiniyini qeyd edirlər. Artıq Delta ştammı, Betta ştamı haqqında geniş danışılır. Bu gün dünya COVİD-19-un yeni ştammları ilə də mübarizəyə başlayır. Yeni ştammların əmələ gəlməsi hər bir ölkədə, o cümlədən Azərbaycanda da baş verə bilər. Bunun baş verməməsi üçün mütləq şəkildə peyvəndlənməliyik. Qeyd etdiyim kimi, mütəxəsislər koronavirusla mübarizədə peyvəndlənmənin alternativi olmadığını qeyd edirlər. Əgər biz kütləvi peyvəndlənmədən keçsək koronavirus infeksiyasını yoluxan şəxs adi bir qrip xəstəliyi kimi keçirə bilər. Ona görə də yeni mutasiyaların ölkəmizdə yaranmasına yol verməmək üçün insanlar arasında vaksinləşmə ilə bağlı tmaariflədirmə işini genişləndiməliyik. Düşünürəm ki, qısa bir zamanda əhalimizi vaksinləşmədən keçirə bilməsək yenidən qapanmalara getməyimiz qaçılmaz olacaqdır".
Tural Turan

-
Hadisə14:05
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
-
ABŞ13:25
Tramp pomidorun bahalaşmasına səbəb olacaq
-
Sosial12:55
Şərurlu İsfəndiyar oğlunun həbsindən danışdı
-
Dünya11:22
Zelenski Rusiyanı ittiham etdi: Pasxa atəşkəsini pozublar
-
Magazin110:24
Toyda yerə 200 min dollar səpiblər... - Əməkdar artist
-
İdman09:00
Qurban Qurbanov bu kluba yollana bilər
-
MDB08:12
Həştərxanda bağ evində DƏHŞƏT - 5 uşaq yanaraq öldü
-
Dünya06:16
Məşhur iş adamı Balidə itkin düşdü - FOTO