Səhiyyə
Bu xəstəliyi olanlar mütləq vaksin vurdurmalıdır, yoxsa... - XƏBƏRDARLIQ
Ürək xəstələri yüksək risk qrupuna aid olduqlarından mütləq vaksin vurdurmalıdırlar.
Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin dosenti, invaziv kardioloq Qalib İmanov deyib.
O bildirib ki, ürək xəstələri COVID-19-a yoluxanda vəziyyətləri daha da ağırlaşa bilir:
"Belə xəstələrdə ən çox rast gəlinən əlamətlər aritmiya, yəni ritm pozulması, ikincisi ürək əzələsinin iltihablaşmasıdır. Virus ürəyi zədələyir və kəskin ürəktutmasına səbəb olur. Koronavirusa yoluxan ürək xəstələri daha çox infarkt səbəbi ilə həkimə müraciət edirlər. Təəssüf ki, vaksinasiyadan yayınanlar arasında ürək xəstələri də çoxluq təşkil edir. Birmənalı olaraq ürək-damar xəstələri yüksək risk qrupunda olduqları üçün mütləq vaksin vurdurmalıdırlar. Ürək xəstələri koronavirusa yoluxursa, heç bir halda dərmanı dəyişdirməməli, hətta dozasını belə artırıb-azaltmamalıdırlar. Əgər koronavirusa qarşı dərmanlarla onların istifadə etdikləri dərmanlar ziddiyyət təşkil edirsə, hansı dərmandan istifadə edib-etməmələrini ancaq kardioloqları müəyyənləşdirməlidir. Koronavirusa görə ən təhlükəli ürək xəstəliyi ürək çatışmazlığıdır".
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur












.jpg)

.jpg)

























