Səhiyyə
Qorxu xəstəliyin müalicəsində yeni üsul tapıldı
Hazırda bu xəstəliklə mübarizə aparmağın yolları simptomların aradan qaldırılması və oynaq protezləridir. Bu səbəbdən də elm adamları xəstəliyə səbəb olan mexanizmləri müəyyən etməyə çalışırlar. Yaponiya və ABŞ alimləri miR-455 molekulunun osteartritlə nəticələnən qığırdaq toxumasının parçalanmasının qarşısını almağa qadir olduğunu üzə çıxarıblar.
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, "Nature Сommunications" jurnalında bu barədə məqalə dərc olunub. Məqaləyə görə, osteoartritin müalicəsində istifadə olunacaq yeni metodun əsasında məhz bu mikroRNT dayanır.
Qığırdaq toxumasının zədələnməsi nəticəsində yaş artdıqca yaranan oynaq xəstəliyi – osteoartritdən dünyada milyonlarla insan əziyyət çəkir. Hazırda bu xəstəliklə mübarizə aparmağın yolu yalnız simptomların aradan qaldırılması və oynaq protezləridir. Bu səbəbdən də elm adamları xəstəliyə səbəb olan mexanizmləri müəyyən etməyə çalışırlar.
Skripps İnstitutu və Tokio Tibb və Stomatologiya Universitetinin tədqiqatçıları qığırdaq istehsalı və parçalanması prosesini tənzimləyən yalnız bir mikroRNT-yə diqqət yetiriblər. Tədqiqatçılar insan qığırdaq nümunələrində miR-455 molekulunun səviyyəsini araşdıraraq osteoartritdən əziyyət çəkən şəxslərdə bu mikroRNT-nin səviyyəsinin xeyli dərəcədə aşağı olduğunu müəyyənləşdiriblər. Bu məqsədlə gəmiricilər üzərində təcrübə aparılıb və alimlər yekun qənaətə gəliblər ki, miR-455 molekulu osteoartritin müalicəsində yeni bir terapevtik vasitə ola bilər
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar - Foto
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto












.jpg)










.jpg)









.jpg)


