Səhiyyə
Bu şəxslər koronavirusu yüngül keçirir
Üçüncü dozanı ilkin dozanın üzərindən 6 ay və daha çox keçmiş şəxslər, yüksək risk qrupunda işləyənlər - səhiyyə, təhsil, vətandaşlara xidmət sektoru və sair - 65 yaşdan yuxarı olan şəxslər qəbul edə bilərlər.
Bunu Publika.az-a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işci qrupunun üzvü, infeksionist Natiq Əliyev deyib. Həkim bildirib ki, Azərbaycanda da artıq üçüncü doza ilə peyvəndləmə işləri aparılır:

“Eləcə də 18 yaş üzərində olanlar, xroniki xəstəlikləri olan şəxslər mütləq şəkildə peyvəndlənməlidir. Dünya praktikasına əsasən, 3-cü doza olunmuş şəxslər arasında xəstəliyi ağır keçirmə halı və mortalitə (ölüm halları) aşağı düşüb. Pandemik dönəmin hələ də davam etdiyini düşünərək mütləq şəkildə üçüncü doza peyvəndləmə aparılmalıdır. Bəzən insanlar yanlış olaraq “məndə şəkər var, olmaz”, “allergiyam var, olmaz” deyə düşünürlər. Bütün bunlar əsassızdır. Kəskin durum olmadığı halda mütləq şəkildə peyvəndlənmə aparılmalıdır. Bəzən 1 və ya 2-ci dozadan sonra nadir də olsa, ciddi yan təsir ola bilər. Bu hal çox az da olsa, dünya praktikasında görülüb. Həmin hallarla rastlaşan vətəndaş müraciət edərək həkim komissiyası tərəfindən müayinə edildikdən sonra əks göstəriş üçün baxıla bilər”.
Tural Turan
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi












.png)















.jpg)
.jpg)





