Səhiyyə
ŞOK ARAŞDIRMA: bu şəxslər kabusları daha çox görə bilərlər
İngiltərənin Birmingem Şəhər Xəstəxanasından nevroloq Abidemi I. Otaiku tərəfindən aparılan yeni araşdırmaya görə, parkinson xəstəliyindən əziyyət çəkən insanların kabuslar görmə ehtimalı sağlam insanlardan daha çoxdur.
Publika.az-ın məlumatına görə, alim 3818 kişinin iştirak etdiyi 12 illik böyük tədqiqatın məlumatlarını təhlil edib. Onlar bir neçə anket doldurdurublar, onlardan biri yuxularının keyfiyyəti və yuxuları ilə bağlı suallardan ibarət idi. Tədqiqatın bütün dövrü ərzində 91 nəfərdə parkinson xəstəliyi aşkarlanıb.
"eClinicalMedicine" jurnalında dərc edilən təcrübənin nəticələri, tez-tez kabuslar görən könüllülərin həftədə bir dəfədən az kabus görənlərə nisbətən Parkinson xəstəliyinə tutulma riskinin iki dəfə çox olduğunu göstərdi.
"Yaşlı insanlar titrəmə, sərtlik və hərəkət yavaşlığı da daxil olmaqla parkinson xəstəliyinin xarakterik simptomlarını inkişaf etdirmədən illər əvvəl kabuslar görməyə başlaya bilərlər", - tədqiqatın müəllifi deyib.
Nevroloq qeyd edib ki, tez-tez kabus görən insanların çoxu çətin ki, parkinson xəstəliyinə tutulsun. Ancaq Parkinson xəstəliyinə tutulma riski olanlar üçün pis yuxuların bu xəstəliyin başlanğıcının əlaməti ola biləcəyini xatırlamağa dəyər. Bu, xəstəliyi daha erkən müəyyən etməyə və müalicəyə daha tez başlamağa kömək edəcəkdir.
Hüseyn İbadlı
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO

























.webp)








.jpg)

.jpg)