Səhiyyə
Koronavirus yoxa çıxdı, daha peyvəndə ehtiyac yoxdur - Professor deyir ki...
Koronavirusla bağlı açıqlanan gündəlik statistik məlumatda bir məqam diqqəti cəlb edir: peyvənd olunanların sayı kəskin azalıb. Hətta elə günlər olur ki, bir nəfər də peyvənd olunmur. Axı ölkədə hamı peyvənd olunmayıb? Üstəlik, hər gün yüzlərlə insanın 18 yaşı tamam olur. Deməli, onlar da peyvənd olunmalıdırlar. Amma statistik məlumatlar biganəlikdən, məsuliyyətsizlikdən xəbər verir.
Bu biganəlik və məsuliyyətsizlik hansı fəsadlar yarada bilər? Ümumiyyətlə, hesab etmək olarmı ki, artıq pandemiya bitib, koronovirus məğlub edilib?

Mövzu ilə bağlı Publika.az-a açıqlama verən professor Adil Qeybulla hesab edir ki, Azərbaycanda epidemioloji vəziyyət digər ölkələrlə nisbətən daha ürəkaçandır. Onun sözlərinə görə, yoluxma halları azalıb, eyni zamanda ağırlaşmaların da sayında azalma müşahidə olunur:
"Kollektiv immunitet formalaşıb və buna görə də peyvəndə tələb azalıb. Pandemiya şəraitində peyvənd sertifikatı tələb edirdilər. İnsanlar da bu kartı almaq üçün peyvənd olunurdular. Azərbaycanda artıq pandemiya sona doğru yaxınlaşır. Amma Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ ki, raport verilməyib. Karantin də, yumşaldılmış şəkildə qalmaqda davam edir. Yəqin ki, yaxın günlərdə pandemiyanın bitməsi haqqında qərardan sonra bu və ya digər məsələlər öz qaydasına düşər".
Həkim onu da bildirib ki, yoluxanların sayının azaldığını düşünərək, ehtiyatı da əldən vermək olmaz: "Təhlükə hələ də sovuşmayıb. Digər ölkələrdə pandemiya davam etməkdədir. Nəzərə alaq ki, hava yolları açıqdır və bu da onu göstərir ki, daim diqqətli olmaqda fayda var”.

İnfeksionist Aytəkin Əliyeva da deyir ki, koronavirus hələ də var və buna görə də diqqətli olmaq vacibdir:
"Operativ Qərargahın qəbul etdiyi qaydalara əməl etməliyik. COVID-19-la mübarizədə birinci addım, ilk növbədə peyvənddir. 18 yaşı tamam olan hər bir vətəndaş peyvənd olunmalı, müəyyən edilmiş qaydalara riayət etməlidir. Belə olan halda virusla mübarizədən alnıaçıq çıxa bilərik”.
Mehin Mehmanqızı
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi







































