Səhiyyə
ÜST ELAN ETDİ - Dünya ölkələri dərman çatışmazlığı ilə üz-üzə
Yoluxucu xəstəliklərin sayının artması fonunda dünyada antibiotiklərin, xüsusən də “Penisilin” və “Amoksisillin” çatışmazlığı müşahidə olunur.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti ÜST-ün dərman təminatı və çıxış qrupunun rəhbəri Liza Hedmana istinadən məlumat yayıb. Liza Hedmanın sözlərinə görə, ölkələrin çoxu penisilin antibiotiklərinin kəskin çatışmazlığı ilə üzləşib. Məsələn, ABŞ və Kanadada “Amoxicillin” çatışmazlığı var, Avropa İttifaqında isə 27 üzv ölkədən 25-i bəzi antibiotiklərin çatışmazlığını bəyan edib. Eyni zamanda Hedman qeyd edib ki, daha kasıb ölkələrdə mövcud vəziyyət haqqında məlumat azdır. Lakin aydındır ki, valyutaları ucuzlaşsa, onlar daha çox əziyyət çəkə bilərlər.
Səhiyyə mütəxəssisləri bildirib ki, dərman istehsalçıları koronavirus pandemiyası zamanı antibiotiklərə tələbatın azalması və tədarük zəncirlərində ciddi gərginlik səbəbindən istehsal həcmini azaldıblar. Həmçinin əczaçılıq şirkətləri tədarük və tənzimləyici məhdudiyyətlər səbəbindən istehsalı artıra bilmir. Məqalədə qeyd edilib ki, xüsusən də antibiotiklərin istehsalı üçün komponentlərin əldə edilməsində çətinliklər var. Enerji qiymətlərinin artması da istehsal müəssisələrinin mənfəətinin azalmasına səbəb olur.
"Ölkələr maska qadağasından sonra tənəffüs yoluxucu infeksiyaların bizə bu qədər ağır zərbə vuracağını gözləmirdilər", - Hedman çatışmazlığın səbəblərindən danışarkən.
"Financial Times"ın məlumatına görə, bəzi ABŞ və Avropa əczaçıları parasetamol kimi ümumi ağrıkəsicilərin çatışmazlığının olduğunu elan ediblər. Buna səbəb qrip, respirator sinsitial virus və koronavirusun qış dalğası fonunda onlara tələbatın artması olub. Bütün bunların fonunda vərəm, dəri infeksiyaları kimi xəstəliklərin müalicəsi üçün dərman çatışmazlığı da müşahidə olunur.
Aytən Məftun
-
Sosial01:41Kənd yumurtası kəskin bahalaşdı - VİDEO
-
İdman00:15Ərdoğan “Beşiktaş”ın prezidentinə zəng etdi
-
Qoroskop00:10Günün ULDUZ FALI - Zəhmətinizin bəhrəsini görməyə çox az qalıb
-
Region26 Noyabr 23:48Fidan gürcüstanlı həmkarı ilə matç zamanı baş verən insidentdən danışdı
-
Magazin126 Noyabr 23:36Ülvi Həsəni pilləkəndən yıxıldı: “Allah qorudu” - VİDEO
-
İdman26 Noyabr 22:57"Beşiktaş" - "Hapoel Beer-Şeva" matçında insident: Xəsarət alan var - FOTO/VİDEO
-
Sosial26 Noyabr 22:24Parkda gecələyən uşağın valideyninə bu cəza verildi
-
ABŞ26 Noyabr 22:12Şükranlıq Günündə yarım milyondan çox amerikalı işıqsız qaldı







.jpg)




























