Səhiyyə
Bunu edənlər bir müddət vergidən AZAD OLUNACAQLAR
Mikro sahibkarlıq subyektləri fəaliyyətlərini genişləndirərək kiçik sahibkarlıq kateqoriyasına keçdikdə əvvəlki il ödədikləri vergilərin 100 faizi həcmində güzəşt əldə edə biləcəklər.
Publika.az xəbər verir ki, bu mexanizm Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində nəzərdə tutulub.
Təklifə əsasən, dövriyyəsinin artması nəticəsində daha yüksək sahibkarlıq kateqoriyasına keçən mikro sahibkarlıq subyektlərinə əvvəlki hesabat ili üzrə hesablanmış və ödənilmiş sadələşdirilmiş vergi və gəlir (mənfəət) vergisinin 100 faizi həcmində güzəşt veriləcək.
Güzəşt məbləği sahibkarın vergi hesabında saxlanılacaq və yuxarı kateqoriyada fəaliyyət göstərdiyi növbəti illərdə ümumi vergi öhdəliyindən çıxılacaq. Bunun üçün güzəştin illər üzrə silinməsinə dair hər hansı məhdudiyyət nəzərdə tutulmur.
Yeni mexanizmin məqsədi sahibkarların fəaliyyətlərini genişləndirərkən yaranan əlavə vergi yükünü azaltmaq, investisiya imkanlarını artırmaq və bizneslərin böyüməsini stimullaşdırmaqdır. Eyni zamanda, bu addım sahibkarların fəaliyyətlərini gizlətmək meylinin azalmasına və mikro bizneslərin daha yüksək kateqoriyalara keçidinin sürətlənməsinə xidmət edəcək.
Dəyişikliyin tətbiqini nümunə ilə izah etsək, mikro sahibkarlıq subyekti kimi topdansatış fəaliyyəti göstərən müəssisənin illik dövriyyəsi 200 min manat həddini keçdiyi üçün 2027-ci ildə kiçik sahibkarlıq kateqoriyasına daxil olduğunu nəzərə alaq.
Müəssisə 2026-cı il üzrə dövlət büdcəsinə 2 000 manat mənfəət vergisi hesablayaraq ödəyib. Yeni mexanizmə əsasən, həmin məbləğ onun hesabında vergi güzəşti kimi tanınacaq.
Əgər müəssisənin 2027-ci il üzrə ümumi vergi öhdəliyi 1 500 manat təşkil edərsə, bu məbləğ 2 000 manatlıq güzəşt hesabına tam qarşılanacaq. Beləliklə, sahibkar həmin il vergi ödəməyəcək. Güzəştdən qalan 500 manat isə növbəti illərin vergi öhdəliyindən çıxılacaq.
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO






































