Səhiyyə
Qaraciyər piylənməsindən dərmansız xilas yolu: ABŞ alimləri "oruc tutun" deyirlər
Çikaqoda yerləşən İllinoys Universitetinin alimləri müəyyən ediblər ki, oruc tutmaq və kardio məşqləri etmək qaraciyər piylənməsini dərmansız qaradan qaldıra bilər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “Cell Metabolism” jurnalında dərc olunub .
Alkoqolsuz yağlı qaraciyər xəstəliyi, qaraciyərdə spirtlə əlaqəli olmayan yağların yığılmasıdır. Bu vəziyyət 2-ci tip diabetin inkişafı ilə sıx bağlıdır və müalicə olunmazsa, sirroz və ya qaraciyər çatışmazlığına səbəb ola bilər. Bu xəstəliyə qarşı dərmanların ciddi əks təsirləri olur.
Tədqiqatda alkoqolsuz yağlı qaraciyər xəstəliyi olan 80 nəfər iştirak edib. Bir qrup həftədə beş dəfə elliptik məşqçidən istifadə, üçüncü qrup oruc günləri və məşqləri birləşdirilib.
Tədqiqatın sonunda iştirakçılar insulinə həssaslığı artırıblar, qaraciyərdə yağ tərkibi və qaraciyər xəstəliyinin alt fermentləri və AST markerlərinin səviyyəsi azalıb. Ən böyük yaxşılaşma oruc günləri və kardio məşqləri birləşdirən xəstələrdə müşahidə edilib.
Alimlərin nəticələri göstərib ki, oruc günlərini kardio ilə birləşdirmək xəstəliyin qarşısını almaq üçün təsirli bir üsul ola bilər.
Aydan
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı













.jpg)























