Səhiyyə
Azərbaycanda niyə ürək köçürülməsi həyata keçirilmir - VİDEO
10 ildən çoxdur ki, ölkəmizdə ürək transplantasiyasını həyata keçirmək üçün hər cür şərait var.
Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, yerli xəstəxanaların maddi-texniki şəraiti də, qanunvericilik də, həkimlərin səviyyəsi də buna tam imkan verir.
Əməliyyatın bu illər ərzində ümumiyyətlə icra olunmamasının tək səbəbi donor problemidir.
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov deyir ki, transplantasiyanı həyata keçirmək üçün beyin ölümü keçirən, lakin reanimasiya şəraitində ürəyi fəaliyyətdə olan insanın ürəyindən istifadə olunmalıdır. Lakin bu günə kimi doğması beyin ölümü keçirən heç bir insan onun ürək və ya digər orqanlarının götürülməsinə icazə verməyib.
Rəşad Mahmudov bildirib ki, həkim tərəfindən beyin ölümü diaqnozu zamanında qoyulmalıdır. Bundan başqa, yaxını beyin ölümü keçirən şəxs əmin olmalıdır ki, doğmasının geridönüşü yoxdur.
Qeyd edək ki, bu günə kimi ölkəmizdə ürək transplantasiyası əməliyyatı icra olunmayıb. Lakin qonşu Türkiyə, İran, Rusiya kimi dövlətlərdə illərdir ki, bu əməliyyat uğurla icra olunur.
Daha ətraflı süjetdə:
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO













.png)

























