Səhiyyə
Ölülərə "eyni gözlə baxan" həkimlər: Azərbaycanla bağlı bu dəhşətli statistikanın sirri açıldı
"World Health Organization"un 2020-ci il statistikasına əsasən, hər 100 000 nəfərə düşən ürək xəstəliyindən vəfat edənlərin nisbəti açıqlanıb. 183 ölkənin olduğu siyahıda Azərbaycan (388) ikinci yerdə dayanır. Qadın və kişilərə baxdıqda, hər 100 000 nəfərə olan göstərici belədir: qadınlarda - 325.04, kişilərdə - 465.72. Təkcə Azərbaycanda yox, bütün dünyada ürək-damar sistemi xəstəliklərinin sayı artmaqda davam edir.
Məsələ ilə bağlı “Baku Medikal Plaza”nın Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədir Üzeyir Rəhimov Publika.az-a danışıb.
O qeyd edib ki, göstərilən statistikada ciddi problemlər var:
“Bizim kimi balaca ölkələrdə vəfat edən hər bir şəxsin ölüm haqqında şəhadətnaməsinə ölüm səbəbi kimi qəfləti ürək dayanması yazılır. Nə ölüm səbəbinə baxılır, nə də araşdırılır. Bir pasient onkoloji və yaxud yoluxucu xəstəlikdən həyatını itirirsə, ona qəfləti ürək dayanması kimi diaqnoz qoyulur. Bu da ürəklə bağlı olan ölüm saylarını artırır. Bəzən təcili yardım çatana kimi xəstə ölür. Ölüm səbəbi məlum olmayan xəstəni ürək tutması kimi qeydə alırlar. Bunlar hamısı statistikaya ürək xəstəlikləri kimi düşür. Ölümün əsas səbəbi ürək olmadığı halda, boş yerə şişirdilmiş ürək ölümlərinə görə statistik göstəricilər yüksəkdir”.
Həkim Azərbaycanda istənilən ölüm səbəbini ürək dayanması kimi qeyd edildiyini diqqətə çatdırıb:
“Onun üçün də bu rəqəmlər absurd olur. Lakin ölkəmizdə ürək xəstəliyindən ölənlər heç də az deyil. Son illərdə həm ölkəmizdə, həm də dünyada ürək xəstəlikləri olduqca artıb. İnkişaf etmiş ölkələrin bu qədər çox yeniliklər etməsinə baxmayaraq, ürək ölümləri ilk sıradadır. Azərbaycanda bu göstəricilər inkişaf etmiş ölkələrdən belə çoxdur. Səbəbi isə təzyiq, piylənmə, şəkər və xolesterindir. Bu dördü ürək dayanmasının əsas göstəricilərindəndir. Təzyiq xəstəliyi son 10 il ərzində 15, şəkər xəstəliyi isə 40 faiz artıb. Belə ki, dörd xəstəliyin görülmə sıxlığı ölkəmizdə artıb. Yenə bu xəstəliklərin əksəriyyətinin müalicəsi ölkəmizdə yetərsizdir. Amerika və Avropada təzyiq xəstələrinin 30 faizi nəzarət altında olduğu halda, ölkəmizdə cəmi 11 faiz xəstəyə nəzarət edilir. Qalanları isə nəzarətsizdir. Eynisini digər xəstəliklərə də nümunə kimi göstərmək olar”.

Kardioloq əlavə edib ki, ölkəmizdə siqaret çəkənlərin, idman etməyənlərin və sağlam qidalanmayanların sayı hədsiz çoxdur:
“Bu rəqəmlər günü-gündən də artmaqda davam edir. Qarşısını alınmaq üçün heç bir tədbir görülmür. Cəmiyyətimiz hərəkət etməyi və idmanı sevmir. Demək olar ki, artıq hər yerə taksi ilə gedilir. İnsanlar heç hərəkət etmir. Üstəlik, yemək mədəniyyətimiz də dəyişib. Artıq yeni nəsil və bəzi insanlar hazır qidalara üstünlük verirlər.
Bütün bunlar həm ürək-damar xəstəliyini artırır, həm də ölümləri cavanlaşdırır. Bunların üzərinə stressi də gəlsək, yazıq ürək neyləsin? Ümid edirəm ki, müvafiq qurumlar tərəfindən daha yaxşı şərait yaradılacaq. Dünyanın hər bir yerində infarkt keçirən xəstə tez bir zamanda angioqrafiya mərkəzinə çatdırılır. Orada xəstənin damarı dərhal açılır. Bu müalicə isə ölkəmizdə əsasən, özəl xəstəxanalardadır. Təcili yardım çağırarkən, bizi dövlət xəstəxanasına aparır. Dövlət xəstəxanasında isə uzun müddət qalan xəstənin vəziyyəti ağırlaşır və ölümlə nəticələnir. Sağ qalan xəstələrsə çox gec zamanda angioqrafiya mərkəzinə yerləşdirilir. Bəzən açılan damarın da heç bir nəticəsi olmur. Problemlər əsasən bu yöndədir. Ölkəmizdə də ən qısa zamanda xəstəni birbaşa angioqrafiya mərkəzinə çatdırsaq, ölüm halları kəskin azalar”.
Aysel Şahmar
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO






.jpg)




























.jpg)


