Səhiyyə
Böyrək dərmanı ürək çatışmazlığı riskini 24 faiz azaltdı - Araşdırma
Alimlər finerenon preparatının təkcə böyrək xəstəliklərində deyil, ürək-damar risklərinin azaldılmasında da effektiv olduğunu aşkar ediblər.
Publika.az xəbər verir ki, araşdırmalara görə, indiyədək yalnız diabetli xəstələrdə xroniki böyrək xəstəliyinin müalicəsi üçün təsdiqlənmiş finerenon daha geniş pasiyent qruplarında da müsbət nəticələr göstərib.
24 ölkədən 1584 xəstə üzərində aparılan tədqiqatda preparatın böyrək funksiyasının zəifləməsini yavaşlatdığı, böyrək, ürək çatışmazlığı və ürək-damar ölümü riskini isə 23 faiz azaltdığı müəyyən edilib.
Mütəxəssislər bildirir ki, finerenonun diabetdən kənar xəstələr üçün də rəsmi təsdiqi yaxın illərdə mümkündür. Bu isə yüz milyonlarla insanın müalicəsində yeni mərhələ yarada bilər.
Qeyd edək ki, araşdırma “The Lancet” jurnalında dərc edilib.
Müəllif: Roza
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü











.png)






.jpg)
.jpg)



.jpg)















