Səhiyyə
Yaxın günlərdə Azərbaycanda bu özəl xəstəxanalar bağlanacaq
“Hazırda dövlət xəstəxanalarındakı statistikaya baxsaq, görərik ki, xəstə sayı artıb, bu doğru deyil. Artan xəstə sayı deyil, göndərişlərin sayıdır”.
Bunu Publika.az-a müsahibəsində məşhur kardioloq Üzeyir Rəhimov deyib.
O qeyd edib ki, dünyada bu təcrübə belə deyil, pasient sığortasından istədiyi xəstəxanada istifadə edir:
“Bu, həkim üçün də olduqca yaxşıdır. Həm müalicəsini yaxşı edir, həm də öz inkişafına vaxt ayıra bilir. Ölkəmiz bununla da əlavə maliyyə xərclərindən qurtulacaq. İndi birdən-birə dövlət xəstəxanalarına çox ciddi dəstək olduğu üçün xəstələr əsasən ora yönəlirlər. Bunun üçün də özəl xəstəxanalarda xəstə sayının azaldığını müşahidə edirik.
Bu səbəbdən özəl xəstəxanalar artıq çox ciddi iqtisadi böhrana girib və yaxın vaxtlarda bunların bir çoxunun bağlanacağını görəcəksiniz. Onun üçün də ədalətli bir bölgü lazımdır ki, özəl sektor unudulmasın. Bütün dünyada tibbi xidmətin keyfiyyətini əsas təyin edən özəl sektordur. Buna da sahib çıxılmalıdır”.
Aysel Şahmar
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)









