Səhiyyə
Bu xəstəlik qadınlar üçün DAHA TƏHLÜKƏLİDİR - Ölüm riski 100%-dir
Kişilərdə yağlı qaraciyər xəstəliyinə tutulma ehtimalı daha çox olsa da, bu xəstəliyi olan qadınlarda ölüm riski daha yüksəkdir.
Publika.az xəbər verir ki, bu barədə “Journal of Hepatology” jurnalında dərc olunan araşdırma deyilir.
Qaraciyər yağlanmasının səbəbi alkoqoldan sui-istifadə və ya metabolik pozğunluqlar ola bilər: artıq visseral piylənmə, şəkərli diabet, hipertoniya - bütün bu pozğunluqlar təkcə qaraciyərin yağlanmasına səbəb olmur, həm də baş verəndə daha da pisləşir.
Alimlər qaraciyərin ultrasəs müayinəsindən və digər tibbi müayinələrdən keçən on min xəstənin məlumatlarını təhlil ediblər. Təxminən 20% yağlı qaraciyər xəstəliyi inkişaf edib, kişilər qadınlardan iki dəfə çox təsirlənib. Bununla belə, 27 illik müşahidələrə görə, ölüm halları qadınlarda iki dəfə çox olub. Yağlı qaraciyər xəstəliyi alkoqoldan sui-istifadə nəticəsində yarandıqda, qadınlarda ölüm riski kişilərə nisbətən 160% daha yüksək olub. Spirtlə əlaqəli olmadığı halda belə, risk 83% daha yüksək olub.
Nəticələr o deməkdir ki, qadınlar, xüsusən də çox içdikləri halda, ağır yağlı qaraciyər xəstəliyinə daha çox həssas ola bilərlər.
Hüseyn İbadlı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO



























.jpg)
.jpg)










