Səhiyyə
ÜST həyəcan təbili çaldı: Qızılca artır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ildə dünyada qızılcaya yoluxma hallarının əvvəlki illə müqayisədə 20 faiz artdığını bildirib.
Publika.az xəbər verir ki, ÜST və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) qızılca ilə bağlı yeni hesabatlarını dərc ediblər.
2023-cü ildə dünya üzrə təxminən 10,3 milyon qızılca hadisəsi qeydə alınıb. Bu, 2022-ci illə müqayisədə 20 faiz artım deməkdir. Qlobal miqyasda peyvəndlə kifayət qədər əhatə olunmaması yoluxma hallarının artmasına səbəb olur.
“İki doza qızılca peyvəndi ilə qızılca xəstəliyinin qarşısını almaq mümkündür. 2023-cü ildə 22 milyondan çox uşağa qızılca peyvəndinin ilk dozası vurulmayıb.
Keçən il dünyada uşaqların təxminən 83 faizi qızılcaya qarşı peyvəndin ilk dozasını, yalnız 74 faizi isə tövsiyə olunan ikinci dozanı alıb”, - deyə hesabatda bildirilir.
Aysel Şahmar
-
Dünya01:11Keçmiş partiya lideri 15 il müddətinə həbs edildi
-
İqtisadi gündəm00:45Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura görün nə qədər xərclənəcək...
-
Qoroskop00:15Günün ULDUZ FALI - Hesablanmış risklər böyük dividendlər gətirə bilər
-
Magazin115 Oktyabr 23:48Elza başına quş yumurtası qoydu
-
Magazin115 Oktyabr 23:00Vüsalədən bacısı ilə bağlı paylaşım - FOTO
-
Yaxın Şərq15 Oktyabr 22:36Raketlə vurulan prezident sarayından kimlər sağ çıxıb? - Baş nazir və...
-
İdman15 Oktyabr 21:36Mourinyo 16 il əvvəlki “pişik” əhvalatını yenidən gündəmə gətirdi
-
Magazin115 Oktyabr 21:24Mətanət dünən buna görə efirə çıxmayıb - - Acı xəbər alıb





































