Səhiyyə
TƏBİB ilə “Referans”ın monopolist bazarlığı: Dövlət və özəl laboratoriyalar belə məhv edilir
Dövlət tibb müəssisələrində vətəndaşlardan götürülən tibbi analizlərin “mərkəz” adlanan ünvana göndərilməsi ilə bağlı məlumatlar yayılıb. Mediatv.az həmin “mərkəz”in Referans Klinik Laboratoriya Mərkəzi olduğunu açıqlayıb.
Publika.az-ın məlumatına görə, bir sıra dövlət tibb müəssisələrində laborator analizlər yerində aparılmır, kənar özəl laboratoriyaya yönləndirilir. Vətəndaşlara bu barədə nə yazılı məlumat verilir, nə də onların razılığı alınır. Analizlərin niyə dövlət laboratoriyalarında deyil, məhz bir özəl mərkəzdə icra olunması isə suallar doğurur.
Məsələn, Xətai Tibb Mərkəzindəki mənbəmiz bildirdi ki, vətəndaşlardan götürülən analizlər “Referans”a göndərilir və nəticələr də oradan təqdim olunur. Bu prosesin niyə yalnız “Referans” Klinikası üzərindən həyata keçirilməsi isə aydın deyil.
Aidiyyəti qurumlar dövlət tibb müəssisələrində analizlərin niyə yerində aparılmadığını, özəl laboratoriyalara üstünlük verilməsinin səbəblərini və bu seçimin nə dərəcədə şəffaf olduğunu izah etməlidir. Dövlət laboratoriyalarında avadanlıq olduğu halda analizlərin kənara yönləndirilməsinin əsası nədir, bu qərarı kim verir və bu proses dövlət büdcəsinə zərər vururmu? Seçim hansı meyarlarla aparılıb və niyə dövlət laboratoriyaları kənarda saxlanılıb?

Daha diqqətçəkən məqam isə ondan ibarətdir ki, “Referans” Klinikasının Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu iddia edilir. Əgər dövlət tibb müəssisələrinin fəaliyyəti faktiki olaraq konkret bir özəl qurumun maraqlarına xidmət edirsə, bu, artıq təkcə tibbi deyil, həm də hüquqi və etik baxımdan suallar doğuran bir məsələdir. Bunu həm də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə “Referans”ın monopolist bazarlığı kimi də dəyərləndirmək olar...
Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran Azərbaycan Həkimləri İctimai Birliyinin üzvü, ADU-nun dosenti, cərrah Ədalət Rüstəm bildirdi ki, bütün sahələrdə olduğu kimi, səhiyyə, tibb və tibbi diaqnostika sahəsində də təmərküzləşmə prosesi davam edir:
“Bu istiqamətdə müəyyən yenilənmələr həyata keçirilsə də problemlər qalmaqdadır. Hazırda ölkədə tibbi laborator diaqnostika sahəsində dominant mövqeyə malik qurum “Referans” diaqnostika şəbəkəsidir və bu şəbəkə artıq bütün regionları əhatə edir. Mövcud vəziyyət faktiki olaraq maddi-texniki bazanın, laborator avadanlıqlarının, cihazların və ən əsası, gəlirlərin bir mərkəzdə — “Referans” konsorsiumunda cəmləşməsi deməkdir”.
Həkimin fikrincə, bu monopoliya faktiki olaraq digər dövlət və özəl laboratoriyaların fəaliyyətinə son qoyub, fatihəsini oxuyub.
Gülnar Süleymanova
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir























.png)














