Səhiyyə
Tibb bacısını evə çağıranları hansı məsuliyyət gözləyir? - RƏSMİ
TƏBİB tibb bacılarının evlərə iynə vurmaq üçün çağırılmamasına dair çağırış edib. Lakin elə hallar yarana bilər ki, xəstəni vaxtında həkimə və ya təcili tibbi yardıma çatdırmaq mümkün olmasın və tibb bacısının müdaxiləsinə ehtiyac yaransın. Belə bir vəziyyətdə xəstə vəfat edərsə, məsuliyyət tibb bacısının üzərinə düşür, yoxsa onu çağıran vətəndaş cavabdeh sayılır?
Publika.az xəbər verir ki, TƏBİB-in Mətbuat Xidmətindən Metbuat.az-ın sorğusuna cavab verilib. Bildirilib ki, tibbi müdaxilələrin yalnız rəsmi səhiyyə müəssisələrində və ixtisaslı həkim göstərişi əsasında həyata keçirilməsi tövsiyə olunur. Təhlükəsizliyin və hüquqi məsuliyyətin təmin olunması baxımından bu, həm vətəndaş, həm də tibb işçisi üçün daha doğrudur:
“Tibb bacısının əsas vəzifəsi həkim göstərişinin yerinə yetirilməsidir, xüsusilə də inyeksiya və ya infuziya kimi müdaxilələr yalnız həkim təyinatı əsasında və tibbi nəzarət altında aparılmalıdır. Ev şəraiti isə nə infrastruktur, nə də təhlükəsizlik baxımından tibbi müəssisəni əvəz edə bilmir. Belə hallarda ağırlaşma, məsələn, anafilaktik şok - riski var və bu, pasiyentin həyatı üçün təhlükə yarada bilər. Nə beynəlxalq təcrübədə, nə də yerli normativlərdə tibb bacısının evdə müstəqil tibbi müdaxilə göstərməsi tövsiyə olunmur”.
Açıqlamada qeyd olunub ki, əgər tibb bacısı ev şəraitində, həkim göstərişi və nəzarəti olmadan, qanuni əsas olmadan tibbi müdaxilə edərsə və bu, mənfi nəticələnərsə (xəstənin vəziyyətinin pisləşməsi və ya vəfatı), bu zaman məsuliyyət həm onu dəvət edən şəxsə, həm də xidməti yerinə yetirən tibbi işçiyə aid edilə bilər. Hüquqi qiymət konkret hadisənin araşdırılması zamanı hüquq-mühafizə orqanları tərəfindən verilir.
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə22 İyul 15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika22 İyul 14:27İlham Əliyev fərman imzaladı












.jpg)






















