Səhiyyə
Sertifikatsız həkim işlədən klinika cərimələndi
Sumqayıt şəhərində fəaliyyət göstərən “Cahangir-2020 Lor Center” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) qanun pozuntusu aşkar olunub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsi tərəfindən MMC-də yoxlama aparılıb.
Yoxlama zamanı Sumqayıt şəhəri, H.Əliyev prospekti, 208E ünvanında yerləşən “Cahangir-2020 Lor Center” MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlama zamanı həkim Nurlan Söhbət oğlu Bəylərovun sertifikatsız praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
Buna görə də MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib edilib.
MMC-nin nümayəndəsi Cahangir İsmayılov bildirib ki, özəl klinika işlədir və oranın bəlli sayda həkimi var: “Nurlan adlı həkim 2021-ci ildə təhsilini bitirib. Həkimlər 5 ildən bir sertifkasiya olmalıdır. Klinakada olan həkimlərin hamısı birlikdə sertifikasiyadan keçməyə gediblər. Lakin Səhiyyə Nazirliyindən bildirilib ki, Nurlana ehtiyac yoxdur, o 2027-ci ildə sertifikasiyadan keçməlidir. Buna baxmayaraq daha sonra yenidən Nurlanı sertifikasiyadan keçirilməyə göndərdik. Yenə onu geri qaytardılar. Təxminən 20-30 dəfə nazirliklə telefon əlaqəsi saxladıq. Bizim yeganə səhvimiz sertifikasiyadan keçməyən işçini işlətmək olub”.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinib və 6 min manat cərimə edilib.
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?



































.jpg)




