Səhiyyə
Ölü doğulan körpə ilə bağlı iddialara klinikadan reaksiya - FOTO
Bakıda fəaliyyət göstərən “Vital Hospital”da ölü doğulan körpənin meyitinin zirzəmiyə atıldığı iddia olunub.
Bu barədə körpənin ailəsi sosial şəbəkələrdə paylaşım edib.
İddiaya görə, hamiləlik dövründə aparılan müayinə və müalicələrə baxmayaraq, körpə ölü doğulub. Ailə həmçinin meyitin morqa yerləşdirilmədiyini, zirzəmiyə atıldığını bildirib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, məsələ ilə bağlı hospitalın rəhbəri Səltənət Məcidova bildirib ki, Zərdab rayon sakini, 40 yaşlı Fərqanə Kərimova iyulun 17-də hamiləliyinin 38-ci həftəsində qeysəriyyə əməliyyatı üçün hospitala müraciət edib.
Onun sözlərinə görə, əməliyyat zamanı dölün ana bətnində öldüyü müəyyən edilib və ailənin razılığı ilə meyit onlara təhvil verilib.
S.Məcidova qeyd edib ki, sosial şəbəkələrdə səsləndirilən iddialar həqiqəti əks etdirmir:
“Tibbi ləvazimatların saxlanıldığı otaqda döl saxlanılmır. Klinikaya məxsus xüsusi soyuducuda ölü doğulan döllər və ciftlər müvafiq qaydada saxlanılır. Lakin bu halda ailə dölün soyuducuya yerləşdirilməsini istəməyib və meyit dərhal onlara təhvil verilib”.
Əməliyyatı həyata keçirən ginekoloq Çinarə Gülməmmədova isə deyib ki, F.Kərimova hamiləlik dövründə Zərdab rayonunda müayinə olunub və yalnız doğuş üçün “Vital Hospital”a müraciət edib.
Həkimin sözlərinə görə, bu, qadının dördüncü qeysəriyyə əməliyyatı olub. Onun son iki hamiləliyi ölü dölün doğulması ilə nəticələnib.
Hazırda faktla bağlı Baş Prokurorluğun əməkdaşları tərəfindən araşdırma aparılır.
Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi












.png)





















