Səhiyyə
Təhlükəli infeksiya "qoca qitə"ni CƏNGİNƏ ALDI
Son 15 ildə Şərqi Avropa və Mərkəzi Asiyada İİV-ə yoluxmanın yeni halları 17 faiz artıb.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramının (UNAIDS) məruzəsində deyilir.
Sənəddə qeyd olunur ki, 2010–2025-ci illər ərzində yoluxmanın yeni halları Karib hövzəsi ölkələrində (30 faiz azalıb), eləcə də Qərbi və Mərkəzi Avropada və Şimali Amerikada (10 faiz azalıb) azalsa da, Şərqi Avropa və Mərkəzi Asiyada (17 faiz artıb), Latın Amerikasında (25 faiz artıb) və Yaxın Şərqdə və Şimali Afrikada (78 faiz artıb) artım qeydə alınıb.
UNAIDS-dən bildirilib ki, Şərqi Avropa və Mərkəzi Asiyada yeni yoluxma hallarının əksər hissəsi – 2024-cü ildə regionda İİV infeksiyasının ümumi yeni hallarının 25 faizi – İynə vasitəsilə narkotik istifadə edənlərin payına düşüb.
Bundan əlavə, BMT-də bildiriblər ki, müxtəlif regionlarda İİV və QİÇS əleyhinə preparatların qiymətində ciddi balanssızlıq mövcuddur. Eyni zamanda, bir çox dövlət 2025-ci ildə nəzərəçarpacaq dərəcədə azalmış beynəlxalq maliyyələşmədən son dərəcə asılıdır.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi











.png)





















