Səhiyyə
Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
Rusiyada fərdiləşdirilmiş melanoma peyvəndinin ilk klinik sınaqları müsbət nəticə verib.
Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, peyvənd tətbiq olunan ilk pasiyentdə şiş və metastazlarla mübarizə üçün zəruri immun cavab formalaşıb.
Peyvəndin hazırlanmasında iştirak edən Qamaleya Tədqiqat İnstitutunun elmi direktoru Aleksandr Ginzburq qeyd edib ki, aprel ayında ilk dozanı qəbul edən, üçüncü mərhələdə melanoma diaqnozu qoyulan 60 yaşlı xəstənin müalicəsi davam edir və ilkin nəticələr ümidvericidir.
Rusiya Səhiyyə Nazirliyi ötən il inkişaf etmiş melanoma üçün hazırlanan "Neooncovac" adlı mRNT əsaslı peyvəndin istifadəsinə icazə verib. Peyvənd xəstənin şiş və sağlam toxumasından götürülən nümunələrin genetik analizinə əsasən yalnız həmin şəxs üçün hazırlanır və immun sisteminə xərçəng hüceyrələrini tanıyaraq məhv etməyi hədəfləyir.
Qamaleya İnstitutu yaxın aylarda daha 10 xəstə üçün fərdi peyvənd hazırlamağı planlaşdırır. Bundan əlavə, institut mədəaltı vəzi, böyrək və kiçik hüceyrəli olmayan ağciyər xərçənginə qarşı yeni müalicə üsulları üzərində də tədqiqatlarını davam etdirir.
Müəllif: Roza
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı











.png)

.jpg)



















