Səhiyyə
Nadir Burbon virusunun yayılma riski var? - ÜST-dən AÇIQLAMA
Üлем Səhiyyə Təşkilatı (ÜST) ABŞ-da Burbon virusuna yoluxma halından xəbərdardır, lakin onun yayılma riski aşağı qiymətləndirilir.
Publika.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Panamerikan Səhiyyə Təşkilatının (PSOT) rəsmi nümayəndəsi Sebastian Olialin sözlərinə görə, ÜST Nyu-York ştatında virusa yoluxma ilə bağlı bu yaxınlarda aşkar edilmiş hal barədə məlumata malikdir. Hazırkı məlumatlar infeksiyanın insanlar arasında geniş yayıldığını göstərmir.
"Əhalinin sağlamlığı üçün risk aşağı qiymətləndirilir", - deyə o bildirib.
Avqustun əvvəlində Nyu-Yorkda nadir Burbon virusuna ilk yoluxma halı təsdiqlənib. Xəstəlik Lonq-Aylend sakini, 67 yaşlı Maykl Larkində aşkar edilib. O, həyətdə işləyərkən ayağında "Lone Star" ("ulduzcuq" və ya "tənha ulduz") cinsindən olan iki gənə aşkar edib. Bir müddət sonra yoluxan şəxsdə güclü ağrılar və zəiflik yaranıb, o, xəstəxanaya yerləşdirilib. Bu virusa yoluxma əlamətlərinə hərarətin yüksəlməsi, ümumi zəiflik, baş ağrıları, bədəndə sümük-oylaq ağrıları, ürəkbulanma, qusma və səpgi daxildir.
Hüseyn İbadlı
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı











.png)

.jpg)



















