Səhiyyə
Lisenziyasız fəaliyyət göstərən həkim və tibb bacıları ifşa edildi
Bu ilin iyul ayı ərzində Azərbaycanda lisenziyasız fəaliyyət göstərən 29 həkim və 12 tibb bacısı barədə müvafiq maddələrə əsasən protokollar tərtib edilib.
Publika.az Report-a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, ötən ay özəl tibb müəssisələrində ümumilikdə 39 yoxlama aparılıb. Həmin yoxlamalardan 32-si hüquqi şəxsə, 7-si isə fiziki şəxsə məxsus obyektlərdə keçirilib.
Yoxlamalar zamanı müxtəlif sahələr üzrə nöqsanlar aşkarlanıb. Aşkar olunmuş pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə müvafiq quruma göndərilib.
Bununla yanaşı, keçən ay aparılmış yoxlamalar nəticəsində 13 stomatoloq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib.
Həmçinin Aparılmış yoxlamalar zamanı plastik cərrahiyyə ilə bağlı 2 ümumi-cərrah barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib.
-
İdman04:44Mbappe dubl etdi, "Real" darmadağınla qələbə qazandı - VİDEO
-
Hadisə02:12İsmayıllıda dəhşətli qəzada ölən və xəsarət alanın kimliyi məlum oldu - YENİLƏNDİ
-
Magazin100:45Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda romantik və ehtiraslı anlar sizi gözləyir
-
Avropa12 Sentyabr 23:48Çay sahilində iki metrlik anakonda tapıldı
-
MDB12 Sentyabr 23:12Tokayev Trampı səfərə dəvət etdi
-
Hadisə12 Sentyabr 22:48“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı / VİDEO
-
Nida Xəbər 12 Sentyabr 22:24“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”








.jpg)





























