Səhiyyə
İnsultdan ölüm hallarının GİZLİ AMİLİ
Anemiya kəskin işemik insultdan sonra həm ilk aylarda, həm də növbəti illərdə ölüm riskini əhəmiyyətli dərəcədə artırır.
Publika.az xəbər verir ki, tədqiqatları "Frontiers in Neurology" jurnalında dərc olunan alimlər bu qənaətə gəliblər.
Təhlilə orta hesabla təxminən 10 il ərzində müşahidə edilən, ilk dəfə işemik insult keçirmiş 56 884 xəstə daxil edilib. Onların 15,7 faizində yüngül, 12,2 faizində isə ağır anemiya olub. Alimlər onların yaşam göstəricilərini hemoqlobin səviyyəsi norma daxilində olan xəstələrlə müqayisə ediblər.
Ən yüksək risk ağır anemiyası olan xəstələrdə qeydə alınıb. İnsultdan sonrakı ilk 30 gün ərzində onların ölüm ehtimalı təxminən iki dəfə, bir ildən sonra 73 faiz, beş ildən sonra isə 52 faiz yüksək olub. Hətta yüngül anemiya belə yüksək ölüm riski ilə əlaqələndirilib: risk 10 ildən sonra belə 16 faiz daha yüksək olaraq qalıb.
Müəlliflər ehtimal edirlər ki, hemoqlobinin aşağı səviyyədə olması zədələnmiş beynin oksigenlə təchizatını pisləşdirə, iltihabı gücləndirə və insult ocağının ətrafındakı toxumalarda qan dövranını poza bilər. Bununla belə, tədqiqat anemiyanın birbaşa daha yüksək ölümə səbəb olduğunu sübut etmir, çünki o, digər ağır xəstəliklərin fəsadı da ola bilər.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO




































.jpg)


