Səhiyyə
Stomatoloq öpüşməklə bağlı xəbərdarlıq etdi
Öpüşmək müəyyən şərtlər daxilində dişlər üçün faydalı ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Juvi Clinic” kişi və qadın sağlamlığı klinikasının həkim-stomatoloqu Anastasiya Savkina Gazeta.ru-ya bildirib.
O deyib ki, əsas faydalı təsir tüpürcək ifrazının stimullaşdırılmasıdır. O, mina təbəqəsini zədələyən turşuları neytrallaşdıraraq karies riskini azaldır.
“Tüpürcəyin tərkibində diş ərpini nəzarətdə saxlayan mutsin zülalları, bakteriyaların çoxalmasını zəiflədən laktoferrin, kariesogen bakteriyaların divarlarını parçalayan lizosim və qoruyucu sədd formalaşdıran A immunoqlobulinləri var. Tüpürcəkdəki zülallar demineralizasiyanın qarşısını alaraq minanın mineral tərkibini qoruyur, kalsium və fosfor isə onun strukturunu möhkəmləndirir. Tüpürcəyin fəal ifraz olunması bakteriyaları dişlərin səthindən yuyub aparır, öpüşmək isə damaqlarda qan dövranını yaxşılaşdırır”, - həkim izah edib.
Bəzi mütəxəssislər öpüşməyə gün ərzində ən azı dörd dəqiqə vaxt ayırmağı tövsiyə edirlər. Öpüşmək istəyən insanlar dişlərini daha tez-tez fırçalayır və yaxalayıcılardan istifadə edirlər ki, bu da karies riskini azaldır.
“Lakin öpüşməyin mənfi tərəfi də var - mikrofliora mübadiləsi. Kariesin əsas səbəbkarı olan Streptococcus mutans bakteriyası tüpürcəklə yalnız öpüşərkən deyil, həm də ortaq qab-qacaq vasitəsilə ötürülür. Bakteriyanın ötürülməsi özlüyündə kariesin yaranacağına zəmanət vermir, lakin immunitet zəiflədikdə, rasionda şəkər həddindən artıq olduqda, kifayət qədər gigiyenaya riayət edilmədikdə və sıx ərp qatı olduqda risk artır. Bakteriyaların ötürülməsi mikrofliorası yeni formalaşan azyaşlı uşaqlar üçün daha böyük təhlükə yaradır. Həmçinin ağız quruluğundan (kserostomiya) əziyyət çəkənlər və ağır xəstəliklərdən sonra bərpa olunan pasiyentlər də risk qrupundadırlar”, - stomatoloq qeyd edib.
Stomatoloq tərəflərdən birində ağız boşluğunun aktiv göbələk, virus və ya bakterial xəstəlikləri olduqda öpüşməyi tövsiyə etmir.
“Öpüşmək xoş, əlavə profilaktik tədbirdir, lakin panaseya deyil. Gigiyenaya riayət etmək, tərəf müqabilinin sağlamlığına diqqət yetirmək və müntəzəm olaraq stomatoloqa müraciət etmək vacibdir”, - deyə Savkina deyib.
Hüseyn İbadlı
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı - Ölənlər var/VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nda - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır















.jpg)

.webp)

















.jpg)


