Səhiyyə
Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
Alimlər müəyyən ediblər ki, erkən yaddaş pozuntularından və yuxu problemlərindən əziyyət çəkən yaşlı şəxslər yüksək dozada D vitamini qəbul etdikdə, onların koqnitiv test nəticələri nəzərəçarpacaq dərəcədə daha yaxşı olur.
Publika.az xəbər verir ki, tədqiqat “Sleep Medicine” jurnalında dərc olunub.
Tədqiqatda mülayim koqnitiv pozuntuları - normal qocalma ilə demensiya arasında aralıq vəziyyət və yuxu çətinlikləri olan 54 şəxs iştirak edib. Məlum olub ki, hər gün ən azı 5000 beynəlxalq vahid D vitamini qəbul edənlər testdə onu ümumiyyətlə qəbul etməyənlərdən 13%-dən çox bal toplayıblar.
Qiymətləndirmə üçün yaddaş və təfəkkürü yoxlayan Monreal Koqnitiv Qiymətləndirmə Şkalasından (MoCA) istifadə olunub. Bununla yanaşı, D vitamininin daha aşağı dozaları oxşar effekti verməyib, D2 (bitki mənşəli) və D3 (günəş şüalarının təsiri altında yaranan və heyvan mənşəli məhsullarda olan) formaları isə təxminən eyni dərəcədə təsir göstərib.
Mülayim koqnitiv pozuntular müdaxilə üçün mühüm “pəncərə” hesab olunur: məhz bu mərhələdə xəstəliyin inkişafını hələ ləngitmək mümkündür. Alimlər yuxu və təfəkkür arasında sıx əlaqənin olduğunu da xüsusi qeyd edirlər — yuxu pozuntularına mülayim və ağır dərəcəli Altsheymer xəstəliyi olan insanların təxminən yarısında rast gəlinir.
Müəlliflər tədqiqatın kiçikmiqyaslı olduğunu, buna görə də birbaşa qəti nəticələr çıxarmağın və ya müstəqil şəkildə özünə yüksək dozada vitamin təyin etməyin tez olduğunu vurğulayırlar. Bununla belə, xəstələrin sayının artması fonunda nəticələr mühüm əhəmiyyət kəsb edir: bu gün ABŞ-da təxminən 7 milyon Altsheymer xəstəsi var, 2050-ci ilə qədər isə onların sayının 13 milyona çatacağı gözlənilir. Alimlər qeyd edirlər ki, D vitamini profilaktika üçün əlçatan bir əlavə ola bilər, lakin o, sağlam həyat tərzini və həkim nəzarətini əvəz etmir.
Hüseyn İbadlı
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı











.png)





















