Səhiyyə
Beynin qocalmasını ləngidən möcüzə - Bu vitamin xilaskar ola bilər
Vitamin B3 yaşlandıqca beynin fəaliyyətini dəstəkləməyə və sinir hüceyrələrini yaş dəyişikliklərindən qorumağa kömək edə bilər.
Publika.az xəbər verir ki, Yan-An Universitetinin alimi belə bir qənaətə gəlib. Oonun işi “Frontiers in Nutrition” jurnalında dərc olunub.
Yaş artdıqca orqanizmdə hüceyrələrin enerji alması və normal işləməsi üçün zəruri olan maddə – NAD+ səviyyəsi aşağı düşür. Onun çatışmazlığı mitoxondrilərin fəaliyyətinin pisləşməsi, iltihab və beyin funksiyalarının pozulması ilə əlaqələndirilir.
Vitamin B3-ün törəmələri orqanizmə NAD+ istehsal etməyə kömək edir. Araşdırmalar göstərir ki, bunun sayəsində onlar sinir hüceyrələrinin işini dəstəkləyə, iltihabı azalda, yaddaşa və digər koqnitiv funksiyalara müsbət təsir göstərə bilərlər.
Fiziki məşqlər də NAD+ səviyyəsini qorumağa kömək edir. Bundan əlavə, onun mübadiləsinə vitamin B3 və digər maddələrin emalında iştirak edən bağırsaq mikrobiotu təsir göstərir.
Lakin məlumatların əksəriyyəti hələlik laboratoriya və doklinik tədqiqatlarda əldə edilib. Alimlər vitamin B3-ün həqiqətən də insanlarda beynin qocalmasını ləngitməyə və neyrodegenerativ xəstəliklərdən qorumağa qadir olub-olmadığını hələ müəyyənləşdirməlidirlər.
Hüseyn İbadlı
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj











.png)





















