Gec yatıb gec oyananların NƏZƏRİNƏ - Bu xəstəliyə düçar ola bilərsiniz
Bizi izləyin

Səhiyyə

Gec yatıb gec oyananların NƏZƏRİNƏ - Bu xəstəliyə düçar ola bilərsiniz

Gec yatıb gec oyananların NƏZƏRİNƏ - Bu xəstəliyə düçar ola bilərsiniz

Miqreni olan insanlar başağrısı olmayanlara nisbətən yuxu ilə bağlı problemlərlə daha tez-tez qarşılaşırlar. Bundan əlavə, miqreni olan insanların daha gec xronotipi, yəni daha gec yatıb-oynamaq və günün ikinci yarısında ən yüksək fəaliyyət göstərmək meyili daha çox olur.

Publika.az “The Journal of Headache and Pain” jurnalına istinadla xəbər verir ki, belə bir nəticəyə Polşada aparılmış irimiqyaslı ümummilli tədqiqat nəticəsində gəlinib.

Tədqiqat Vrots səhiyyə universiteti (Vrotslav Tibb Universitetinin) nevroloq Marta Valişevska-Prosulun rəhbərliyi ilə alimlər qrupu tərəfindən aparılıb. Alimlər 5 311 böyüklərin məlumatlarını təhlil ediblər ki, bunlardan 1 523-də miqren, 2 366-da gərginlik tipli başağrısı, 209-da isə təsnif edilməyən başağrıları olub. Daha 1 213 iştirakçı əvvəlki 12 ay ərzində başağrısı olmadığını bildirib.

Qruplar arasında ən vacib fərq yuxu keyfiyyətinə aid olub. Yuxu problemləri barədə başağrısı olmayanların 38.7 faizinə qarşı, miqreni olan iştirakçıların 64.1 faizi məlumat verib. Gərginlik tipli başağrıları olan iştirakçılar arasında bu göstərici 45.4 faiz təşkil edib.

Yuxunun keyfiyyəti yatmaq üçün tələb olunan vaxtı, yuxunun müddətini və səmərəliliyini, gecə oyanmalarını və insanın gün ərzində özünü necə hiss etməsini nəzərə alan Pitsburq yuxu keyfiyyəti indeksinin köməyi ilə qiymətləndirilib.

Miqreni olan insanlar araşdırılan bütün parametrlər üzrə daha pis nəticələr göstəriblər. Bu fərq hətta yaş, cins, yaşayış yeri, təhsil, ailə vəziyyəti və iş statusu nəzərə alındıqdan sonra da qorunub saxlanılıb.

Eyni zamanda, yuxunun keyfiyyəti həm də miqrenin ağırlıq dərəcəsi ilə əlaqəli olub. Bu pozulması olan insanlarda pis yuxu daha tez-tez baş verən tutmalarla, gündəlik həyatda daha böyük məhdudiyyətlərlə, daha yüksək stress və həyəcan səviyyəsi və həyatdan daha aşağı məmnunluqla əlaqəli olub. Ən güclü əlaqə pis yuxu keyfiyyəti ilə həyat keyfiyyətinin aşağı düşməsi arasında müşahidə edilib.

Tədqiqatçılar qeyd ediblər ki, miqren ilə yuxu arasındakı əlaqə, çox güman ki, ikitərəflidir. Yuxu çatışmazlığı və ya artıqlığı ağrıya qarşı həssaslığı artıra bilər, miqren tutması və onunla əlaqəli simptomlar isə yatmağı çətinləşdirə və gecə oyanma səbəb ola bilər. Hər iki prosesdə sirkad ritmlərini və ağrının qavranılmasını tənzimləyən hipotalamus və neyromediatorlar iştirak edir.

Alimlər, həmçinin iştirakçıların xronotipini – insanın yuxuya və müəyyən fəaliyyət vaxtına olan təbii meylini öyrəniblər. Miqreni olan insanların 24.9 faizinin başağrısı olmayanların 39.1 faizinə nisbətən “səhər” xronotipi olub.

Bu o demək deyil ki, gec yatmaq və gec oyanmaq vərdişi özlüyündə miqrenə səbəb olur. Tədqiqatçılar qeyd ediblər ki, qruplar arasındakı fərqlər nisbətən kiçik olub, xronotip ilə xəstəliyin klinik təzahürləri arasındakı əlaqə isə zəif olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm