Səhiyyə
İnsultun gizli xəbərçisi aşkar edildi - Ölüm riski yüksəkdir
Arterial təzyiqin zamanla güclü şəkildə dəyişməsinin insult və ölüm riskinin artması ilə əlaqəli olduğu üzə çıxıb. Üstəlik, təzyiqin səviyyəsi deyil, həm də müayinələr arasında onun nə qədər güclü dəyişməsi əhəmiyyət daşıyıb.
Publika.az xəbər verir ki, Avropa Diabetin Öyrənilməsi Assosiasiyasının (EASD) illik konfransında işi təqdim olunan alimlər belə qənaətə gəliblər.
Tədqiqatçılar orta yaşı 55 olan 57 mindən çox insanın məlumatlarını təhlil ediblər. İştirakçılara bir neçə dəfə təzyiq ölçülüb, bundan sonra alimlər onun dəyişkənliyini qiymətləndiriblər. Müşahidə orta hesabla təxminən beş il davam edib. Bu müddət ərzində 571 nəfər insult keçirib, 1460 nəfər isə vəfat edib.
Aşağı təzyiqin dəyişməsi ilə əlaqə xüsusilə nəzərəçarpan olub. O, nə qədər çox dəyişibsə, insult riski də bir o qədər yüksək olub. Aşağı təzyiqin kəskin enib-qalxması riskin 12 faiz artması ilə əlaqəli olub.
Təzyiq dalğalanmaları orta səviyyəsindən asılı olmayaraq ölüm riski ilə də əlaqəli olub. Xüsusilə ikinci tip diabeti olan və yuxarı təzyiqi güclü dəyişən insanlarda yüksək ehtimal müşahidə edilib.
Müəlliflərin fikrincə, təzyiqin zamanla necə dəyişdiyini izləmək ürək-damar problemləri riskini daha dəqiq müəyyən etməyə kömək edə bilər. Lakin tədqiqat məhz təzyiq dəyişmələrinin birbaşa insulta səbəb olduğunu sübut etmir.
Hüseyn İbadlı
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj











.png)





















