Evdə elektron siqaret çəkənlərə XƏBƏRDARLIQ - Uşaqları ölümcül xəstəliyə düçar edir
Bizi izləyin

Səhiyyə

Evdə elektron siqaret çəkənlərə XƏBƏRDARLIQ - Uşaqları ölümcül xəstəliyə düçar edir

Evdə elektron siqaret çəkənlərə XƏBƏRDARLIQ - Uşaqları ölümcül xəstəliyə düçar edir

Ev şəraitində elektron siqaretin passiv təsiri uşaqlarda astmanın daha tez-tez kəskinləşməsi ilə əlaqəlidir.

Publika.az xəbər verir ki, bu barədə San-Dieqoda Amerika Pediatriya Akademiyasının konfransında təqdim olunan tədqiqata qeyd edilib. Tədqiqatın nəticələri “American Journal of Respiratory and Critical Care Medicine” jurnalında dərc olunub.

Tədqiqatçılar diaqnoz qoyulmuş astması olan 1 yaşından böyük uşaqların pediatrik klinikalara 48 mindən çox səfərinin məlumatlarını təhlil ediblər. Müşahidələr 33 ayı — 2023-cü ilin iyulundan 2026-cı ilin martına qədər olan dövrü əhatə edib. Valideynlər evdə adi siqaret çəkdiklərini və ya elektron qurğulardan istifadə etdiklərini bildiriblər.

Hadisələrin 5%-də evdə eyni vaxtda tütün məmulatından və elektron siqaretdən istifadə edilib, 9%-də yalnız adi siqaret, digər 3%-də isə yalnız elektron siqaret işlədilib. Astmanın zəif nəzarətdə saxlanılması ilə ən qabarıq əlaqə hər iki növ nikotin məhsulunun təsirinə məruz qalan uşaqlarda müşahidə olunub. Onlarda kəskinləşmələr, gecə və fiziki fəaliyyətlə əlaqəli əlamətlər daha tez-tez müşahidə edilib, təcili yardım inhalyatorlarına tələbat artıb və daha tez-tez xəstəxanaya yerləşdirilmə tələb olunub.

Lakin hətta yalnız elektron siqaretin təsiri də astma tutmalarının daha tez-tez baş verməsi və fiziki fəaliyyət zamanı əlamətlərin üzə çıxması ilə əlaqəli olub. Digər amillər nəzərə alındıqdan sonra belə evlərdə yaşayan uşaqlarda astmanın kəskinləşmə ehtimalı təxminən 30%, fiziki fəaliyyət zamanı əlamətlərin yaranma ehtimalı isə təxminən 40% daha yüksək olub.

Tədqiqatın baş müəllifi Brayan Censenin fikrincə, bir çox valideynlər elektron siqareti adi siqaretin daha təhlükəsiz alternativi hesab edirlər. Lakin əldə edilən nəticələr göstərir ki, astmalı uşaqlar üçün belə bir ehtimal səhv ola bilər.

Müəlliflər vurğulayırlar ki, tütün və ya nikotin istifadə edən valideynlər həmin məhsullardan tamamilə imtina etməyə çalışmalıdırlar.

Censen, siqaret çəkməkdən imtina etmə üsulları qismində vareniklin tərkibli dərman vasitələrini, nikotini əvəzedici terapiyanı və məsləhətləşmələri qeyd edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm