Səhiyyə
İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir
İcbari tibbi sığortanın ilkin səhiyyə xidmətlərinin mühüm istiqamətlərindən biri də uşaqların sağlamlığının qorunması və xəstəliklərin profilaktikasıdır.
Publika.az xəbər verir ki, təsdiq edilmiş müayinə cədvəlinə əsasən uşaqların icbari dispanserizasiyası aparılır, ehtiyac yarandıqda müvafiq həkim-mütəxəssisə əlavə müayinə və müalicə üçün göndəriş verilir, Milli Peyvənd Təqviminə uyğun immunizasiya tədbirləri həyata keçirilir.
Uşaq və yeniyetmələrin sağlam qidalanması, yenidoğulmuşlara qulluq və ana südü ilə qidalanma ilə bağlı məsləhətlər verilir, əhali arasında sağlam həyat tərzinin təşviqinə yönəlmiş sanitar maarifləndirmə işi aparılır.
Bununla yanaşı, uşaqların ağız boşluğu sağlamlığının mütəmadi müayinəsi, ağız boşluğuna qulluq və sanitar-gigiyenik vərdişlərin öyrədilməsi həyata keçirilir.
Zəruri hallarda qan, sidik, və digər müayinələr üçün nümunələr götürülərək laborator müayinələrə yönləndirilir.
Uşaqların sağlamlığının qorunması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişlərinin erkən yaşlardan formalaşdırılması ilə yanaşı, profilaktik tibbi müayinələrin vaxtında aparılması mühüm əhəmiyyət daşıyır.
İcbari tibbi sığorta çərçivəsində göstərilən ilkin səhiyyə xidmətləri bu istiqamətdə mühüm dəstəkdir.
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: tərkibində nələr var?
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”
-
Magazin106:16"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı



































