Səhiyyə
Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırıldı
Xocavənd rayonunda ilk tibbi müayinə köşkü quraşdırılıb və vətəndaşlara xidmət göstərir.
Bu barədə Publika.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, kənd tibb məntəqələrinin müasir diaqnostik köşklərlə təchiz olunmasına başlanılıb.
Layihə çərçivəsində həkimin nəzərdə tutulmadığı, tibbi xidmətlərin orta tibb heyəti tərəfindən göstərildiyi kənd tibb məntəqələrində müayinə imkanlarının genişləndirilməsi planlaşdırılır. Yeni texnologiyaların tətbiqi həmin məntəqələrdə bir sıra ilkin tibbi müayinələrin aparılmasına, nəticələrin həkim tərəfindən məsafədən qiymətləndirilməsinə və zərurət yarandıqda pasiyentlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsinə imkan verəcək.
Müasir diaqnostik köşklər vasitəsilə arterial təzyiq, nəbz, bədən temperaturu, qanda şəkərin miqdarı, oksigen saturasiyası, boy, çəki və bədən kütlə indeksi (BKİ) ölçülə bilər. Bununla yanaşı, elektrokardioqrafiya (EKQ), ağciyərlərin funksional vəziyyətinin qiymətləndirilməsi üçün spirometriya, göz müayinəsi, qanın və sidiyin ümumi analizlərinin aparılması mümkündür.
Köşklərin funksional imkanlarına bədən tərkibinin təhlili də daxildir. Belə ki, bədəndə yağın faizi və kütləsi, əzələ kütləsi, su miqdarı, visseral yağ səviyyəsi və bazal metabolizm göstəricilərinin müəyyən edilməsi mümkündür.
Növbəti mərhələdə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaşayış məntəqələri prioritet olmaqla tibbi müayinə köşklərinin ölkə üzrə 170-dən çox məntəqədə quraşdırılması nəzərdə tutulur.
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Xəbər 14:54Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib




































.jpg)

